Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyalı ekspertdən çağırış: “Ermənistanın təxribatlarını dayandırın”

Tarix: 04-06-2021 16:41     Baxış: 4138 A- / A+
Rusiyalı ekspertdən çağırış: “Ermənistanın təxribatlarını dayandırın”

“Beynəlxalq səviyyədə Ermənistandan tələb olunmalıdır ki, minalanmış ərazilərin xəritələrini Azərbaycana versin”.

Manevr.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert və jurnalist İqor Korotçenko deyib.

Ekspert azərbaycanlı jurnalistlərin Kəlbəcərdə minaya düşərək həlak olmasına münasibət bildirib:

“Azərbaycanlı jurnalistlərin olduğu maşın Kəlbəcər bölgəsində erməni minalarının üzərində partladı, ölənlər və yaralananlar var. Yolun minalanmasının erməni təxribat qrupları tərəfindən həyata keçirildiyi mümkündür. Peşə borcunu yerinə yetirən həmkarlarımız öldürüldü.

Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərində mina təhlükəsi hər yerdə mövcuddur. Bu yaxınlarda Ağdam və Füzuli bölgələrini ziyarət edən rus jurnalistlər və mütəxəssisləri ilə də riskli bölgəyə getdik, baş verənlər barədə obyektiv məlumat vermək vəzifəmizi yerinə yetirdik.

Azərbaycan jurnalistlərinin ölümü ilə əlaqədar olaraq Rusiya Jurnalistlər Birliyi rəsmi bəyanat və başsağlığı verməli və rəsmi İrəvandan işğaldan azad edilmiş ərazilərdəki minalanmış ərazilərinin xəritələrini dərhal Azərbaycana verilməsini tələb etməlidir, həmçinin erməni təxribatçılarının fəaliyyətlərinin dayandırılması tələb olunmalıdır.

Faciəyə beynəlxalq jurnalist birliklərindən reaksiya gözləyirik. Ümumi tələb, minalanmış ərazilərin xəritələrini verməyə məcbur etmək üçün Ermənistana siyasi təzyiq göstərməkdir”./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar