Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sərkisyan Nur-Sultana hansı dəstəyi almağa gedib?

Tarix: 04-06-2021 09:19     Baxış: 3148 A- / A+
Sərkisyan Nur-Sultana hansı dəstəyi almağa gedib?

Ermənistan Prezidenti Armen Sərkisyanın bu səfərinin əsas məqsədi Qarabağ məsələsində dəstək almaqdır. Ancaq Ermənistanın Qazaxıstanın dəstəyinə ümid etməsi utopiyadır.

Manevr.az xəbər verir ki, bunu axar.az-a açıqlamasında Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzinin Orta Asiya üzrə mütəxəssisi Əmrah Qaya deyib. Onun sözlərinə görə, hər şeydən əvvəl Qazaxıstan Qafqaz bölgəsində sülh və sabitliyin təmin olunmasının tərəfdarıdır:

“Digər tərəfdən bölgədəki enerji xətlərinin təhlükəsizliyi və tranzit nəqliyyatın pozulmaması Nur-Sultanın əsas prioritetlərindən biridir. Qarabağdakı hadisələr araşdırıldığı zaman beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın haqlı olduğu və Qazaxıstanın bu çərçivədə bir siyasət izlədiyi görünür. Bundan əlavə, Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü müdafiə edir, suverenliyini birmənalı şəkildə dəstəkləyir. Ölkələr arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Çünki Azərbaycan həm də Qazaxıstan üçün dünyaya açılan qapıdır”.

Ermənistanın KTMT-də təxribatçı roluna toxunan ekspert üzv dövlətlərlə Azərbaycanın münasibətlərinin yüksək səviyyədə olmasının bu təxribatların qarşısının alınmasında böyük rol oynadığını qeyd edib:

“Ermənistan İkinci Qarabağ müharibəsi zamanı və sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) aktivləşdirməyə çalışıb. Lakin təşkilatda heç bir dövlət və xüsusi nüfuza sahib olan Qazaxıstan bu məsələdə Ermənistanı dəstəkləmədi. Azərbaycan və Qazaxıstanın Türk Şurasının üzvü olması ikitərəfli münasibətlərin ortaq tarixi təmələ və dəyərlərə əsaslandığının göstəricisidir. Ortaq tarix və dəyərlər bu münasibətlərin strateji önəmini daha da artırır”.

Qayanın sözlərinin görə, Ermənistanın siyasətindəki qərbyönümlü meyillər Rusiyanın da milli təhlükəsizliyinə zərbədir:

“Hazırda Ermənistana güclü dəstək verən yeganə aktor Fransadır. Bu səbəbdən Sərkisyanın Qazaxıstanı deyil, Fransanı ziyarət etməsi daha doğru olardı”.

Qeyd edək ki, Armen Sərkisyan ötən gün Qazaxıstana işgüzar səfərə gedib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar