Sizin Reklam Burada
Xəbər lenti
19-08-2025
18-08-2025
BÜTÜN XƏBƏRLƏR

Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələ niyə gecikir? - Şərh

Tarix: 03-06-2021 19:35     Baxış: 4211 A- / A+
Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələ niyə gecikir? - Şərh

“Hətta SSRİ zamanı Zəngəzur dəhlizindən avtomobillərin hərəkəti üçün magistral yolun açılması nəzərdə tutulurdu. Ermənilər sovet zamanı belə bu yolun açılmasına mane oldular. Odur ki, indi ermənilərin Zəngəzur dəhlizinin açılmasını gecikdirmək cəhdləri, ümumiyyətlə, bu barədə müzakirələr aparmadıqlarını elan etməsi ehtimal olunan gözləntidir”.

Manevr.az xəbər verir ki, bu sözləri Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər son günlər Ermənistan tərəfinin 10 noyabrda imzalanan sazişin tələblərindən kənara çıxmasının səbəblərini teleqraf.com-a şərh edərkən deyib.

S. Əkbərin ehtimalına görə, Ermənistandakı və digər ölkələrdəki bəzi dairələr çalışacaqlar ki, bu magistral yol açılmasın:

“Ermənilər ancaq dəmiryolunun açılmasını nəzərdə tuturlar. Fikrimcə, Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında, Türkiyənin regionda güclənməsində, türk birliyi daxilində inteqrasiyanın sıxlaşmasında maraqlı olmayan bütün tərəflər burada sözsüz ki, prosesin gedişatına maneçilik törətməyə çalışacaqlar”.

Partiya sədri hesab edir ki, bu məsələdə Rusiyanın mövqeyindən çox şey asılı olacaq:

“Hesab edirəm ki, indi geopolitik mübarizə son mərhələdədir. Bundan sonra yeni dünya düzəni ilə bağlı tərəflər öz mövqelərini qətiləşdirəcəklər. İyun ayı dünya siyasətində “isti” ay olacaq. Bu ay “Böyük Yeddiliyin” samiti, NATO zirvə toplantısı, Avropa Birliyi ilə ABŞ-ın birgə sammiti baş tutacaq. Görək bu görüşlərdən sonra dünyada qütbləşmə necə gedəcək və Rusiyanın bu hallara qarşı müqavimət gücü hansı səviyyədə olacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar