Sizin Reklam Burada
Xəbər lenti
09-11-2025
08-11-2025
BÜTÜN XƏBƏRLƏR

Erməni telekanalı: Bu torpaqları geri qaytarmalıyıq - Şəkil

Tarix: 03-06-2021 14:53     Baxış: 4215 A- / A+
Erməni telekanalı: Bu torpaqları geri qaytarmalıyıq - Şəkil

Ermənistanın İctimai telekanalı Azərbaycanın anklavları haqqında yeni reportaj yayıb. Erməni telekanalının budəfəki süjetində arxiv xəritələri göstərilib və ictimaiyyətə bu torpaqların Azərbaycanın anklavları olduğu əyani şəkildə sübut olunub.

Manevr.az xəbər verir ki, bu barədə ermənistanın 168.am nəşri yazıb.

Efirdən sonra Ermənistanın İctimai Televiziyasına qarşı "düşmənə kömək” ittihamları irəli sürülüb.

“Azərbaycan kəndlərinin erməni işğalından geri qaytarılması çağırışları Ermənistanda getdikcə daha geniş yayılmağa başlayıb. Ermənistan İctimai Televiziyasının adı çəkilən təşviqat materialında bir neçə deputatın və ekspertin bəyanatlarından da istifadə olunub.

Süjetdə qeyd olunub ki, hazırda Ermənistana məxsus Tiqranaşen kəndi vaxtilə Azərbaycan kəndi olmuşdur və bu kəndin adı Kərkidir.

Materialda bildirilir ki, hesabatda adı çəkilən kəndlərin hamısı Azərbaycan torpaqlarıdır", - deyə erməni saytı yazır.

Artıq bununla bağlı İrəvandan olan hüquq müdafiəçisi Arman Tatoyan Ermənistanın İTV-sinə qarşı bəyanat hazırlayıb. Tanoyan iddia edib ki, reportajda jurnalistlər danılmaz sübutlar təqdim etsələr belə, onlar Azərbaycan tərəfinə dəstək verməməli idilər.

“Biz özümüz özümüzə sübut edirik ki, bu kəndlər Azərbaycanındır. Bakıya belə olduğu təqdirdə nə etmək qalır?" - deyə o fikrini tamamlayıb./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar