Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Rusiya Türkiyədən çömçə ilə alıb, qaşıqla verir”

Tarix: 02-06-2021 21:39     Baxış: 3146 A- / A+
“Rusiya Türkiyədən çömçə ilə alıb, qaşıqla verir”

Rusiya-Türkiyə münasibətləri yenə qaydasında deyil. Bunu Qarabağa münasibətdə aşkar görmək olur. Üstəlik, Ukrayna ilə yaxınlaşma Ankaranın Moskva ilə arasını ayrıca vurub. Rusiya aylardır Türkiyə ilə hava əlaqəsini kəsib.

Manevr.az xəbər verir ki, qardaş ölkə mətbuatında da məsələni diqqətdə saxlayırlar. “Medya Günlüğü” Rusiya-Türkiyə münasibətləri haqda yazı hazırlayıb. Burada Kremlin Ankaraya verdiyindən daha çox almaq cəhdlərindən danışılır. Hətta yazıda “çomçə ilə alıb, qaşıqla verir” ifadəsi yer tutub.

Rusiya Türkiyə ilə hava əlaqəsini yenə bərpa etmədi. Azı iyunun 21-nə qədər Şimal ölkəsindən turist axını gözləməyə dəyməz. Turizmin Türkiyə iqtisadiyyatında hansı rolu oynadığını bilməyən yoxdur. Moskva şantaj yolunu davam etdirir. Kreml Ankaranın bu məsələyə necə həssas yanaşdığını gözəl bilir. Zarafat deyil, rus turistlər ildə Türkiyə iqtisadiyyatına azı 4 milyard dollar fayda gətirir.

Bütün baş verənlərin arasında bir xəbər gözə çox çarpmır. Türkiyədən Rusiyaya pomidor kvotası artırılıb. Ankaraya 250 min əvəzinə 300 min ton məhsulun ixracına şərait yaradılıb.

“Medya Günlüğü” xatırladır ki, 2015-ci ilin noyabrında Kreml Ankaraya iqtisadi sanksiya tətbiq etmək qərarına gəlmişdi. Onda noyabrın 24-də Türkiyə Rusiya təyyarəsini vurmuşdu. Moskva qəzəbdən özünə yer tapmırdı. Dərhal 24 adda tərəvəz və meyvənin gətirilməsinə qadağa tətbiq edilmişdi. Türkiyə pomidorları Rusiya bazarına bir də 2017-ci ilin noyabrında qayıtmışdı.

Həmin böhrana qədər Ankara şimal ölkəsinə ildə 350 min ton pomidor göndərirdi. Bu dəfə rəqəm 300 minə çatdırılır. Deməli, nə baş verir? Rusiya manevrlərlə Türkiyəni aldadır. Kreml Ankara ilə əməkdaşlıq etdiyi başqa sahələrdə daha çox qoparmağa çalışır. Amma pomidor biznesində Türkiyəyə münasibətdə illər ərzində ümumi kvota aşağı salınıb. “Medya Günlüğü” yazır ki, hava əlaqəsinin kəsilməsi ölkəyə son 5.5 ildə pomidordan qazandığından daha çox zərər gətirəcək. Yəni Moskva siyasi dəllallığını uğurla həyata keçirir./bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar