Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağ problemini qalib olduğumuz müddətdə həll etmək lazımdır: Sonra gec ola bilər

Tarix: 01-06-2021 21:54     Baxış: 3160 A- / A+
Qarabağ problemini qalib olduğumuz müddətdə həll etmək lazımdır: Sonra gec ola bilər

Son günlər sosial şəbəkələrdə qəribə bir polemika dolaşmaqdadır. “Qarabağa gedən yollar İrandan keçir” başlıqlı bu müzakirələrin əsasında kimlər dayanır, hansı qüvvələrə xidmət edir, bilmirəm, amma ən əsası Qarabağa gedən yolları biz artıq salmışıq və bu yolları öz gücümüzlə, elə öz torpaqlarımızdan açmağa müvəffəq olmuşuq.

Bir neçə gün öncə Ermənistanın keçmiş prezidenti Ter-Petrosyan müsahibəsində yaxşı bir fikir bildirdi. O dedi ki, "biz Azərbaycanla Qarabağ problemini qalib olanda həll etməliydik. Amma bunu Ermənistan hakimiyyəti dərk etmədi. Və problemi zamanın ixtiyarına buraxdı. Siyasətdə isə zaman, vaxt çox şeyi həll edir. Və bu vaxtdan Azərbaycan səmərəli istifadə edib Qarabağ problemini öz xeyrinə həll etdi".

Ter-Petrosyanın bu dediklərindən biz də özümüzə nəticə çıxara bilərik. Qalibkən problemi vaxtında həll edib bitirməliyik. Rusiya, ABŞ, Fransanın dediyi uzunmüddətli həll variantı ilə razılaşmaq bizi növbəti ciddi problemlərlə qarşılaşdıracaq. Ortalıqda gəzən ruspərəstlər, qərbpərəstlər, iranpərəstlər suları bulandırmağa çox çalışacaqlar. Bir müddət öncə Gürcüstan ərazisndə yaşayan soydaşlarımıza qarşı başladılan, lakin qarşısı alınan təxribatların arxasında mütləq şəkildə sadə camaat yox, maraqlı qüvvələrin kəşfiyyat xidmətləri dayanırdı. Bu problemləri 30 il yaşamış nəsil olaraq gələcəyə saxlamamalıyıq. Qolumuzda güc varkən gücümüzə güc qatıb yolumuzdakı bütün əngəlləri bir-bir qaldırmalıyıq. Dövlətin bu yöndə gərəkən tədbirlər aldığına əminəm. Sadə xalq olaraq da hər parıldayan sarı metalın altın olmadığını anlamaq lazımdır.

“Qarabağ məsələsi ilə bağlı vahid mövqe Azərbaycan Prezidentinin müəyyən etdiyi istiqamətlər əsasında həyata keçirilməlidir. Həm qonşu dövlətlər, həm bizimlə əməkdaşlıq edən dövlətlər, həm də prosesdə iştirakçı olan dövlətlər üçün əsas teziz budur”.

Manevr.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Əziz Əlibəyli səsləndirib.

“Azərbaycanın dövlət siyasəti Qarabağın azad edilməsi və yenidən qurulması, gələcəkdə münaqişəyə yönəlik, o cümlədən işğala yönəlik halların qarşısının alınması və bütövlükdə bölgənin sülh platforması üçün ideal bir zəminə gətirib çıxarılmasına əsaslanır. Burada hər kəsin vahid platformada ümumi iqtisadi maraqlardan yararlanması məsələsi gündəmə çıxarılıb. Amma gəlin baxın ki, burada hansısa ölkələrin şərt irəli sürməsi ümumilikdə prosesə zərbə vurmaqla əlaqədardır. İranın Qarabağ məsələsi ilə bağlı təkliflərinin ardı-arası kəsilmir. Ötən ilin dekabr ayında Qarabağ məsələsinə dair ayrıca təkliflər paketini ortaya qoymuşdu. Bu gün də o ritorika davam edir. Azərbaycan isə Qarabağla bağlı öz planlarını həyata keçirməyə başlayıb. Bu gün fokuslandığımız əsas məsələ sərhəd xətlərinin müəyyənləşməsi və kommunikasiyaların açılmasıdır. Bununla bağlı, yaxşı olardı ki, İran Azərbaycan tərəfinin ortaya qoyduğu mövqeyi müdafə eləsin, amma bunu eləmir. O ki, qaldı sosial şəbəkələrdə səsləndirilən fkirlərə, Qarabağla bağlı kilid nöqtələrdə İranın köməyindən istifadə etmək bütövlükdə Azərbaycanın strateji maraqlarına ziddir. Azərbayan bu yola bəlli ölkələrlə çıxıb, Türkiyə, İtaliya, İsrail, Britaniya, Pakistan. Real mənəvi dəstəyi hiss etdik. Ona görə bu gün yolumuz “İrandan keçir” demək siyasətimizə zərbə vurmaq cəhdi kimi dəyərləndirilməlidir. Rəhbərlik səviyyəsində səsləndirilən siyasi bəyanatlar sadəcə, siyasi etiketin tələbidir, İranın zərərsizləşdirilməsi, proseslərə müdaxilə etməməsi üçün deyilən fikirlərdir. İranla sərhəddə olan bölgələrimizdə qonşu İranın resurslarından istifadə etmək olar. Bu, hər iki tərəfə iqtisadi cəhətdən fayda verə bilər”,- deyə o düşüncələrini bölüşüb./bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar