Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Paşinyan Azərbaycanla münasibətlərə üstünlük verən kadrı seçəcək” – XİN rəhbəri kim olacaq?

Tarix: 01-06-2021 20:50     Baxış: 4147 A- / A+
“Paşinyan Azərbaycanla münasibətlərə üstünlük verən kadrı seçəcək” – XİN rəhbəri kim olacaq?

"Paşinyan XİN rəhbərliyinə Azərbaycanla münasibətlərə üstünlük verən kadrı gətirəcək”.

Manevr.az xəbər verir ki, bu sözləri sfera.az-a açıqlamasında Ermənistanda qısa zamanda Zöhrab Mnatsakanyan və Ara Ayvazyanın timsalında iki xarici işlər nazirinin istefa verməsinə münasibət bildirərkən politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq hesab edir ki, baş verənlər Ermənistan XİN-nin Paşinyanın siyasətini sabotaj etməsindən qaynaqlanır: "Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyanın seçki öncəsi apardığı siyasətin bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən sabotaj edildiyinin şahidi oluruq. Paşinyanın Azərbaycan və Türkiyə ilə bağlı müəyyən strategiyası var ki, XİN rəhbərliyindən gedən Ara Ayvazyan ona qarşı çıxırdı. Keçmiş XİN rəhbəri Ermənistan-Azərbaycan münasibətlərini qızışdıran mövqe sərgiləyirdi. Paşinyan ötən həftə Azərbaycanla sərhədlərin demarkasiya və delimitasiyası məsələsilə bağlı sənədlərə imza atacağını qeyd edib. Ayvazyan isə ona qarşı çıxdı, hətta o, 10 noyabr bəyanaməsindən xəbərinin olmadığını deyən əvvəlki nazir Mnatsakanyan kimi, sözügedən sənəd barədə məlumatsız olduğunu bildirib”.

M. Əsədullazadəyə görə, Paşinyan Ayvazyana ümumiyyətlə etibar etməyib: "Bu nazirlik hökumətin ümumi işinə maneə olurdu. Nəticədə XİN-də ümumən Robert Köçəryanın siyasətinə uyğun siyasətə üstünlük verənləri Paşinyan istefaya məcbur etdi”.

Politoloq düşünür ki, Paşinyan XİN rəhbərliyinə Azərbaycanla münasibətlərə üstünlük verən siyasətinə uyğun kadrları gətirəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar