Sizin Reklam Burada
Xəbər lenti
19-08-2025
18-08-2025
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycan həmin postlardan geri çəkilməyəcək!“

Tarix: 01-06-2021 18:29     Baxış: 3191 A- / A+
“Azərbaycan həmin postlardan geri çəkilməyəcək!“

Ermənistanın baş nazirin müavini Mher Qriqoryan üçtərəfli danışıqların Azərbaycan-Ermənistan sərhədində gərginliyin yaranmasından sonra dayandırıldığını bildirib.
Onun sözlərinə görə, rəsmi İrəvan “Zəngəzur dəhlizi” məsələlərini müzakirə etməyib, müzakirə etməyəcək və belə bir müzakirə ümumən mümkün deyil. “Dəhliz anlayışı ilə kimlərsə nəqliyyat marşrutlarını nəzərdə tutursa, bu ayrı məsələdir, amma bu, suverenliklə əlaqəli hər hansı bir vəziyyət deməkdirsə, onda bir daha sizi inandırıram ki, bu, sadəcə gündəmimdə deyil”.

Manevr.az-ın məlumatına görə, məsələ ilə bağlı yenisabah.az-a danışan Milli Məclisin üzvü Aydın Mirzəzadə qeyd edib ki, bu açıqlama Ermənistanın Azərbaycanla sərhədləri dəqiqləşdirməsində maraqlı olmadığını göstərir:

“Çox qəribə bir təzad yaranıb, bir tərəfdən Ermənistan Azərbaycanla sərhəddə təxribatlar törədir, sabitliyi pozur, sonra isə sabitliyin pozulduğuna görə komissiyanın fəaliyyətinin mümkün olmadığını iddia edir. Bu onu göstərir ki, Ermənistan Azərbaycanla sərhəddə vəziyyətin stabil olmasında o qədər də maraqlı deyil. Diqqəti daxili siyasi vəziyyətdən, sosial məsələlərin həllinə yönəltməklə bir o qədər çox siyasi xal qazanmağa çalışırlar. Azərbaycan-Ermənistan sərhəddi 1976-cı ildə Müdafiə Nazirliyinin tərtib etdiyi xəritəyə əsasən hal-hazırda qurulur. Azərbaycan həmin xəritə əsasında öz ərazisində postlarını qurur və heç kəsə öz torpağını güzəştə getmək fikrində deyil. Ermənistan isə vaxtaşırı təxribat törədir, diversant qrupları göndərir və heç nədən bu gün hay-küy qaldırmağa çalışır. Əgər bununla onlar nə isə qazanacaqlarını umurlarsa, çox böyük səhv edirlər. Ölkənin daxili məsələlərini həll etməkdən, vətəndaşların problemlərinin nizama salınması üçün addımlar atmadansa, bu cür təxribatlar aparmaq heç bir hakimiyyətə uğur gətirmir. Azərbaycan isə artıq öz ərazi bütövlüyünü bərpa edib və bundan irəli gələrək Ermənistanla münasibətləri quracaq”.

Deputatın sözlərinə görə, Ermənistanın tezliklə Azərbaycanla sülh müqaviləsini imzalaması onların xeyrinədir:

“Sülh müqaviləsinin tezliklə imzalanması Ermənistanın xeyrinədir, amma imzalanmayana qədər də Azərbaycan 1976-cı il xəritəsinə əsasən öz sərhəd postunu qoruyacaq. Və Azərbaycan bu barədə bəyanat verib”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar