Xəbər lenti
Minsk Qrupu növbəti qərəzini göstərdi

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatında saxlanılan 6 erməni diversant haqda sözlər bu təşkilatın sərgilədiyi qərəzli mövqeni bir daha sübut edir. Təşkilatın Azərbaycan-Ermənistan dövlət sərhədində yaşanan son gərginliklər haqda və diversiya qrupunun Azərbaycan ərazilərinə daxil olaraq, təxribat aktı törətmək cəhdindən bir kəlmə belə demədiyi halda, 6 diversantı müdafiə etməsi siyasi riyakarlıqdır.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 28 may 2021-ci il tarixli bəyanatını şərh edərkən deyib.
O bildirib ki, 27 ildir formal fəaliyyət göstərən, münaqişənin nizama salınmasında heç bir effektiv iş görməyən ATƏT-in Minsk Qrupu bu gün də boş və mənasız bəyanatlar verməkdədir:
“ATƏT-in Minsk Qrupunun həmsədrləri nə olur olsun, tərəfsizliyini qorumalı, ən azından tərəfləri sülhə çağıraraq, yeni reallıq daxilində fəaliyyət göstərdiyini sübut etməlidir. ATƏT-in Minsk Qrupunun həmsədrləri yaxşı olardı ki, daha ciddi və daha aktual məsələlər ətrafında bəyanat versin. Misal üçün hazırda Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiya və demarkasiya prosesi kimi...”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Təqvim
| « İyun 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | |||||
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































