Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Müşfiq Məmmədli:"Son günlər baş verənlər bir daha göstərdi ki, heç bir təxribat cavabsız qalmayacaq..."

Tarix: 30-05-2021 12:34     Baxış: 3368 A- / A+
Müşfiq Məmmədli:"Son günlər baş verənlər bir daha göstərdi ki, heç bir təxribat cavabsız qalmayacaq..."

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev may ayının 28-də Ağdam şəhərinə səfər edib. Səfər zamanı ölkə başçısı Ağdamda bir çox obyektlərin təməlqoyma mərasimində iştirak edib. Prezident bildirib ki, Ağdam şəhərinin Baş Planı təsdiq ediləcək və onun əsasında şəhər planlı şəkildə bərpa olunacaq.

Milli Məclisin deputatı Müşfiq Məmmədli Manevr.az-a açıqlamasında dövlət başçısının Ağdama səfəri və azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri ilə bağlı bəzi məqamlara toxunub.

Deputat bildirib ki, azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam edir və baş plan əsasında işğaldan azad olunmuş bütün ərazilər bərpa olunacaq. Ağdam şəhərində təməli qoyulan bir sıra obyektlərin əhəmiyyətindən danışan millət vəkili qeyd edib ki, Ağdam şəhərində 140 illik tarixi olan 1 saylı məktəbin, Ağdam Sənaye Parkının təməlinin qoyulması tarixi əhəmiyyət daşımaqla yanaşı, gələcəkdə minlərlə insanın işlə təmin edilməsinə zəmin yaradır. Yaxın gələcəkdə istismara veriləcək Bərdə-Ağdam avtomobil, eyni zamanda, tikintisi nəzərdə tutulan Bərdə-Ağdam dəmir yolu və dəmir yolu vağzalı da bərpa-quruculuq işlərinin bir hissəsidir.
Deputat onu da vurğulayıb ki, bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq. Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Ağdamda böyük meşə sahəsinin təməli qoyuldu, şəhərin içində 125 hektarlıq böyük bir meşə zolağı olacaq, süni göl yaradılacaq, kanallar, körpülər salınacaq.

Mənfur düşmənin torpaqlarımızda törətdikləri vəhşiliklərə diqqət çəkən siyasətçi bildirib ki, azad etdiyimiz bütün ərazilərdə erməni vandalizminin izləri qalıb. Cinayətkar erməni toplumunun soydaşlarımıza qarşı nifrət hissinin təzahürü olan Xocalı soyqırımı, digər faciələr, şəhərlərimizin dağıdılması bütün dünyaya bəllidir. Birinci Qarabağ müharibəsi zamanı bizim bütün maddi sərvətimiz məqsədyönlü şəkildə dağıdılıb, talan edilib, tarixi-dini abidələrimiz sökülüb.

“30 il ərzində ikili standartlar siyasəti ilə üzləşən Azərbaycan münaqişənin həllində sülh və diplomatik üsullara sadiq qaldı, bu yolda bütün lazımi addımları atdı. Lakin, məsələnin danışıqlar yolu ilə həllinin mümkünsüzlüyü bizi müharibə yoluna əl atmağa sövq etdi. Ötən ilin iyul, avqust, sentyabr aylarında Ermənistan dövlətinin bizə qarşı hərbi təxribatları isə müharibənin qaçılmaz olduğuna zəmin yaratdı. Və biz nəhayət Böyük Qələbəmizi qazandıq, bütün dünya buna şahid oldu və ölkəmizin gücünü gördü. 44 günlük müharibə həm də bizim bizim birliyimizi, birliyimizin gücünü göstərdi. Bu güc sayəsində biz dşməni məğlub etməyə müyəssər olduq. Bir ölkə kimi müharibə dövründə də məsuliyyətimizi dərk edərək, ləyaqətlə davrandıq, müharibənin bütün qaydalarına riayət etdik. Düşməndən fərqli olaraq biz mülkilərə, dinc əhaliyə qarşı döyüşmədik, işğalçı orduyla müharibə apardıq. Biz işğalçı, cinəyatkar deyilik, soyqırım və digər cinayət hadisələri nə tarix boyunca, nə də indi bizim adımıza yazılacaq əməl deyil”,- deyə M. Məmmədli bildirib.

Şanlı Qələbəmizin tarixdə əbədi qalacağını vurğulayan deputat qeyd edib ki, bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək, xalqımız müzəffər xalq kimi, qürur hissi ilə yaşayacaq.

“Bu gün ürək ağrısı ilə seyr etdiyimiz viran Ağdam erməni vandallarının faşist əməllərinin, vəhşiliklərinin nəticəsidir. Və təəssüf ki, azad edilmiş bütün torpaqlarda gördüyümüz mənzərələr eynidir. Məhz bu baxımdan biz faşizmlə mübarizə aparmışıq və aparırıq. Tarix boyu böyük dövlətlərin əlaltısı olan ermənilər 30 ildə ancaq dağıtmaq, viran qoymaq siyasəti ilə məşğul oldular və nəticədə özlərinə dövlət qura bilmədilər. Bu gün bir-birlərini günahlandıran keçmiş və indiki erməni hakimiyyəti artıq məğlubiyyətlərini dərk edirlər. Dalana dirənmiş əlaltı dövlətin dövlətimizlə razılaşmaqdan başqa çarəsi yoxdur”,- deyə siyasətçi sözlərinə davam edib.

Ordumuzun düzgün hərbi strategiyalar sayəsində qazanılmış qələbə və keçilmiş döyüş yolları haqqında danışan millət vəkili düşmənin necə məğlubiyyətə uğradığını, kapitulyasiya aktını imzalamağa məcbur qaldığını xatırladıb. Qeyd edib ki, 44 günlük müharibə şanlı tariximizdir. Bu da qürurverici haldır ki, dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində 44 günlük müharibə öyrənilir. Müharibəni udmağımıza texniki imkanlarımız təsir etdi, bu danılmazdır. Ancaq Böyük Qələbəyə əsas canlı qüvvənin, hərbçilərimizin şücaəti və qəhrəmanlığı, Vətən uğrunda ölümə getmək əzmi sayəsində nail olduq. Və biz bu zəfəri onlara – ölməzliyə qovuşan şəhidlərimizə, qazilərimizə borcluyuq.

Deputat onu da vurğulayıb ki, düşmən yenə də öz iyrənc xislətindən əl çəkmir və təxribatçı əməllərinə davam edir. Lakin, Ali Baş komandanın da qeyd etdiyi kimi, əgər xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə olarsa, düşmən dərhal yerindəcə tərəfimizdən məhv ediləcəkdir. Düşmənə gücümüzü göstərmişik və onlar bilir ki, hər hansı təxribatçı əməllə özlərinə məhv olma təhlükəsi yaradırlar. Son günlərdə Azərbaycan-Ermənistan sərhədində Ermənistan ordusu tərəfindən törədilmiş təxribata qarşı atılan addım da bir daha göstərdi ki, heç bir təxribat cavabsız qalmayacaq.

Sevinc Qərib
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar