Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyanın sürpriz ideyası, Ayvazyanın qəfil istefası - Təhlükəsizlik Şurasının iclasından sonra nə baş verib?

Tarix: 29-05-2021 22:38     Baxış: 4157 A- / A+
Paşinyanın sürpriz ideyası, Ayvazyanın qəfil istefası - Təhlükəsizlik Şurasının iclasından sonra nə baş verib?

Ermənistanda Təhlükəsizlik Şurasının mayın 27-də keçirilən iclasının bəzi təfərrüatları mətbuata sızıb.

Manevr.az xəbər verir ki, “Hraparak” (“Meydan”) qəzeti iclasda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın Azərbaycan-Emənistan sərhədindəki vəziyyətin “partlayış təhlükəli olduğunu” bildirib. Və eskalasiyanı istisna etməyib.

Paşinyan Azərbaycan-Ermənistan sərhədində ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin, yəni ABŞ, Fransa və Rusiyanın hərbi müşahidəçilərinin yerləşdirilməsinə, əvəzində hər iki tərəfin öz qoşunlarını bir neçə kilometr geri çəkməsinə dair iclasdan əvvəl açıqladığı sürpriz ideyanı da vəziyyətin təhlükəli olması ilə əsaslandırıb. Deyib ki, bu təklif “hər iki tərəf üçün faydalıdır”.

“O deməyib ki, Azərbaycan bu təkliflə razıdır, ya yox, təklif strateji müttəfiqlə müzakirə edilibmi. İştirakçılar bu iclasdan bir neçə saat sonra xarici işlər naziri Ara Ayvazyanın istefa verdiyini eşidəndə çox təəcübləniblər. Çünki iclas zamanı Paşinyan bir neçə dəfə deyib ki, nazirə bu təkliflə bağlı tapşırıqlar verib. Ayvazyan da başını tərpətməklə razılıq bildirib. İclas iştirakçıları təxmin edirlər ki, müzakirələrin başa çatmasından sonra nəsə başqa hadisələr baş verib və nazir bu addımı atmalı olub”,-qəzet yazır.

Qeyd edək ki, Paşinyanın təklifinə Minsk Qrupunun həmsədr ölkələri hələ reaksiya verməyiblər. Yalnız Avropa İttifaqı təklifi alqışladığını bildirib. Azərbaycana gəldikdə isə rəsmi Bakı da Paşinyanın təkifinə reaksiya verməyib, amma çətin ki, sərhəddən qoşunların bir neçə kilometr geri çəkilməsi və orada həmsədr ölkələrdən hərbi müşahidəçilərin yerləşdirilməsi ideyası Bakıda ciddi qəbul olunardı. Azərbaycan hazırda Laçın və Kəlbəcər istiqamətində özünün beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpası ilə məşğuldur. Sərhəddə xarici ölkələrin hərbi ünsürlərinin yerləşdirilməsinə Azərbaycanın heç bir ehtiyacı yoxdur və bu baxımdan rəsmi Bakı Paşinyanın bu təklifin ciddi saymır./virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar