Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistanın təxribatının hərbi və siyasi səbəbləri

Tarix: 29-05-2021 11:20     Baxış: 4186 A- / A+
Ermənistanın təxribatının hərbi və siyasi səbəbləri

"Son günlərdə Ermənistanın həm Naxçıvan, həm də Kəlbəcər və Laçın rayonlarına yaxın yerləşən sərhəd zonalarda təxribatlara yol verməsi, o cümlədən ərazimizə diversiya qruplarını göndərməsi, atəşkəs nəticəsində Naxçıvanda hərbi qulluqçumuzu yaralaması Ermənistanın növbəti dəfə cəzalandırılmasını israrla xahiş etməsinin göstəricisidir".

Manevr.az-ın xəbərinə görə, bu sözləri bizim.media-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

"Gərginlik yaratmaq cəhdləri ilə İrəvan nəyə nail olmaq istəyir" sualına cavabda ekspert bildirib ki, İrəvanın bu fəaliyyətləri KTMT-ni bu münaqişəyə cəlb etmək məqsədi də daşıyır:

"KTMT-dən müsbət xəbər almayan Ermənistan təxribatlara ara vermir. Ermənistan tərəfi unutmamalıdır ki, 44 günlük müharibədə onun ordusunu darmadağın edən Azərbaycan ordusu öz mənəvi-psixoloji vəziyyətinin ən üstün səviyyəsini yaşayır. Əgər təxribatlara son qoyulmazsa, "Dəmir Yumruq" yenidən işə düşəcək və Ermənistanın daha ağrı-acılı günlər yaşamasına şərait yaradacaq".

Siyasi ekspert Məhəmməd Əsədullazadə isə 10 noyabr və 11 yanvar razılaşmalarının müəyyən müddəalarına Ermənistanın əməl etmədiyini vurğulayır:

"Konkret olaraq Ermənistan tərəfi dövlət sərhədində atəşkəsi pozmaqla delimitasiyaya mane olmaq, Rusiyanın Ermənistanı müdafiə etmədiyi görüntüsünü yaratmaq və ABŞ ilə Fransanı prosesə cəlb etməyə çalışır.

Seçkiqabağı Nikol Paşinyan vəziyyəti gərginləşdirmək istəyir ki, xalqı birliyə çağırmaqla öz ətrafında birləşdirsin. Onun sərhədə gələrək belə bir açıqlama verməsi sadalanan məqsədlərə əsaslanır. Ümumiyyətlə, seçki prosesində Ermənistanın Azərbaycana qarşı silahlı təxribatları gözlənilir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar