Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Zelenski İlham Əliyevi Kiyevə dəvət etdi

Tarix: 28-05-2021 17:17     Baxış: 3185 A- / A+
Zelenski İlham Əliyevi Kiyevə dəvət etdi

Ukraynanın Prezidenti Vladimir Zelenski 28 May - Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə təbrik məktubu göndərib.

Manevr.az-ın xəbərinə görə, məktubda deyilir:

“Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Ukrayna dövlətlərimiz arasında mövcud strateji tərəfdaşlığı, Ukrayna və Azərbaycan xalqları arasındakı ənənəvi möhkəm əlaqələri, habelə qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli əməkdaşlığın gələcək inkişafı üçün göstərilən qətiyyəti yüksək dəyərləndirir.

Bizim dövlətimiz Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyir. Əminəm ki, hər bir azərbaycanlı bu məqsədin gerçəkləşməsi yolunda qəti liderliyinizi dəstəkləyir.

İnanıram ki, Ukrayna və Azərbaycan arasındakı münasibətlər daha da möhkəmlənəcək və dövlətlərimizin xalqlarının rifahı naminə yeni nailiyyətlərlə zənginləşəcək.

Ümidvaram ki, 2021-ci ilin avqust ayında Ukraynanın müstəqilliyinin 30 illiyinin təntənəli surətdə qeyd edilməsi tədbirləri çərçivəsində Sizi Kiyevdə salamlamaq və ikitərəfli tərəfdaşlığa dair bütün kompleks məsələlər barədə dialoqumuzu davam etdirmək fürsətim olacaq.

Cənab Prezident, məsuliyyətli ali dövləti fəaliyyətinizdə Sizə uğurlar, dost Azərbaycan xalqına isə sülh və tərəqqi arzu edirəm”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar