Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənistan üçün ÇOX PİS OLACAQ - Türk generaldan XƏBƏRDARLIQ

Tarix: 28-05-2021 16:01     Baxış: 4235 A- / A+
Ermənistan üçün ÇOX PİS OLACAQ - Türk generaldan XƏBƏRDARLIQ

"Ermənistan tərəfi son günlər sərhəddə təxribatlar törədərək Azərbaycanı guya "təcavüzkar tərəf" vəziyyətinə gətirmək istəyir".

Manevr.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında ehtiyatda olan türkiyəli general-mayor Özgür Tör deyib.

General bildirib ki, Ermənistan anlamalıdır ki, təxribatları onlara baha başa gələ bilər:

"Dünən Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərən 6 erməni diversantının yaxalanması, ondan öncə isə xeyli sayda erməni hərbçinin 3-4 Azərbaycan əsgərinə hücumları rəsmi Bakını özündən çıxarmaq üçün qurulmuş planlardır. Çalışırlar ki. Azərbaycan daha sərt addımlar atsın, onlar da "Azərbaycan bizə təcavüz edir" abu-havası yaratmaq niyyətindədirlər.

Hazırda əsas məsələ, bütün bunların xarici mediaya çox yaxşı şəkildə çatdırılması lazımdır. Sanki Kəlbəcər mövzusunda səy göstərərlərsə, prosesləri xeyirlərinə dəyişə biləcəkləri düşüncəsindədirlər. Bu da təbii ki, çox yalnışdır.

Hadisələr belə davam edəcəyi təqdirdə qarşı tərəfin nə ilə qarşılaşacağını, nəticələrinin onlar üçün çox pis olacağını da indidən başa düşmələri yaxşı olardı".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar