Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistanda Rusiyanı “ağ Türkiyə” adlandırmağa başlayıblar

Tarix: 25-05-2021 12:20     Baxış: 4129 A- / A+
Ermənistanda Rusiyanı “ağ Türkiyə” adlandırmağa başlayıblar

Moskvada Kreml divarları qarşısında dayanıb Putinə müraciət etmək istəyən Ermənistan vətəndaşı saxlanılıb. O əlində tutduğu şüarda Qarabağda aktiv əməliyyatlardan sonra saxlanılmış hərbçilərin geri qaytarılması tələbini irəli sürüb.

Onun Moskvada yaşayan ekspert Qriqor Ketsyan olduğu bildirilib. O, buraxıldıqdan sonra sosial şəbəkələrdə “humanizm yarımçıq qanunlarla toqquşdu” yazıb. Ketsyana cavab olaraq, sosial şəbəkə istifadəçiləri rusları türklərlə dostluğa görə ittiham edərək, Rusiyanı “ağ Türkiyə” adlandırıblar.

Üstəlik, Lavrovun artıq ikinci dəfə Rusiyanın Türk Şurasına üzv olmaq istəyini dilə gətirməsi düşmən tərəfi bir xeyli qıcıqlandırıb. Baxmayaraq ki, Rusiyanın planı sadəcə üzvlük yox, dağıdıcılıq, nifaq salan və əzən rolunu oynamaqdır.

Manevr.az xəbər verir ki, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bizimyol.info-ya bildirib ki, Lavrovun bu istəyi dilə gətirməsi hansı niyyətlə olursa olsun, əslində Türk Şurasının gücünü etiraf etməsi deməkdir.
Ermənistanda Rusiyanı “ağ Türkiyə” adlandırmağa başlayıblar

“Rusiya yanğını su ilə yox, partlayışla söndürməyə adət ediblər. Daxil olur, təşəbbüsü ələ alır və başçı mənəm deyir. Bu alınmırsa, əməkdaşlıq edir. Ermənistan bir neçə gün öncə Rusiyanı və KTMT-ni bizə qarşı qaldırmağa çalışdı. Amma nəticə o oldu ki, Rusiya özləri bizə - türklərə tərəf addım atdı. Türkiyə indi elə vəziyyətədir ki, o kiminsə ayağına getmir, ayağına gətizdirir. Lavrovun bu istəyi də dediyimizin göstəricisidir. Biz güclüyüksə, hər kəs bizə qarşı duruşunu göstərəcək.

Ermənistan dövlət deyil, diaspor təşkilatlarının əliylə hərəkət edən asılı bir qurumdur. Biz güclü olduqca zamanla onlar özləri də kənardan nifaq salmaq istəyən diasporun ağzının üstündən vuracaqlar. Ermənistan görsə ki, Rusiya Türk Şurasına can atır, elə özü də dolayı yollarla getməyib Türkiyəylə əməkdalığa can atacaq.

Mən hələ illər öncə demişdim ki, Rusiya kimi tərkibində çoxlu sayda türklər olan böyük bir dövləti bu şuraya cəlb etmək lazımdır. Rusiyanın cənubunda qərbdən şərqə uzanan bir türk zolağı var. Lavrov da bunu öz diliylə etiraf edir və bu mühüm faktdır. İstər Türkiyə, istər Rusiya, istər Azərbyacan hər nə qədər Avropaya üz tutsa da, sonda Avropa bizi incidib, küsdürb yola salır. Əgər belə bir ittifaq yaradılaraq layiqincə inkişaf etdirilərsə, bundan yaxşı nə ola bilər? Bu zolaqda 350 milyon türk var. Nəyə görə Rusiya Ermənistan kimi mikrob bir dövlətə görə yesir qalmalıdır ? Halbuki bu əməkdaşlıq ona böyük iqtisadi fayda verə bilər. Lavrov bu açıqlamasıyla həm türk dünyasının, həm də Rusiya cəmiyyətinin nəbzini yoxlamaq istədi. Hesab edirəm ki, bu əməkdaşlıq hamımıza faydalı ola bilər”,- deyə politoloq bildirib

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar