Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Şuşa ilə bağlı qanun layihəsi: yeni imkanlar yaradılır - Şərh

Tarix: 25-05-2021 11:43     Baxış: 4160 A- / A+
 Şuşa ilə bağlı qanun layihəsi: yeni imkanlar yaradılır - Şərh

“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında”​ qanun layihəsində Şuşanın bərpası, yenidən qurulması, iqtisadi inkişaf məsələləri öz əksini tapıb. Şuşada olan mülkiyyətin, tarixi abidələrin qorunması və bu istiqamətdə fəaliyyətlərin gücləndirilməsi məhz qanunvericiliklə tənzimlənəcək.

Manevr.az xəbər verir ki, bunu teleqraf.com-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
 Şuşa ilə bağlı qanun layihəsi: yeni imkanlar yaradılır - Şərh

O bildirib ki, Şuşanın böyük iqtisadi potensialı mövcuddur:

“Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, iqtisadi, turizm baxımından da böyük əhəmiyyətə malikdir. Qanun layihəsi Şuşa iqtisadiyyatının inkişaf etdirilməsi, sərmayələrin cəlb edilməsini özündə ehtiva edir. Eyni zamanda sahibkar-dövlət münasibətlərinin tənzimlənməsi, əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur”.

Komitə üzvünə görə, Şuşa fasiləsiz turizm xidmətlərini təmin etmək imkanına malikdir:

“Bu şəhərin böyük yay-qış turizm potensialı mövcuddur. Eyni zamanda dini, mədəni, tarixi, hətta müalicəvi turizm xidmətləri təklif etmək imkanları da var. Bu istiqamətdə qanunun qəbul edilməsi də məhz turizm daxil olmaqla iqtisadi potensialın yüksəlməsinə imkan yaradacaq. 1992-ci il erməni işğalına qədər Şuşa regionda Şərq musiqi alətləri istehsal edən yeganə fabrikə malik idi. Bununla da mədəni emaledici sahənin inkişafı da təmin edilmiş olacaq”.

Vüqar Bayramov hesab edir ki, Şuşada qoruğun yaradılması da iqtisadi, mədəni, strateji baxımından bütövlükdə şəhərin inkişafını, qorunmasını, bərpasını nəzərdə tutur:

“Qanun qəbul edildikdən sonra mülkiyyət münasibətləri, iqtisadiyyatın inkişafı qanunvericiliklə tənzimlənəcək. Bu da Şuşa iqtisadiyyatının daha qısa zamanda bərpa edilməsinə qədim şəhərimizə gülüş və həyatın tez qayıtmasına imkan verəcək”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar