Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Baydenlə Ərdoğan görüşəcək - Qarabağ müzakirə ediləcək

Tarix: 24-05-2021 09:37     Baxış: 3206 A- / A+
Baydenlə Ərdoğan görüşəcək - Qarabağ müzakirə ediləcək

ABŞ Dövlət katibinin köməkçisi Vendi Şerman bu həftə Türkiyəyə səfər edəcək. Ziyarətin səbəbi NATO zirvə toplantısına hazırlıq olsa da, əsas məsələ Bayden-Ərdoğan görüşünün yaxşı keçməsi üçün hazırlıq işlərinin aparılmasıdır.
Türkiyə mediası diqqəti ona yönəldir ki, Vendi Şerman sıradan biri deyil. Obamanın prezidentliyi dövründə Şerman İran ilə bağlı aparılan müzakirələrdə ABŞ-ı təmsil edib. Sonra Trampın prezidentliyi dövründə Harvadda dərslər aparıb. "Milliyet" qəzeti yazır ki, Ərdoğan-Bayden görüşü ərəfəsində ABŞ-ın hazırlıq prosesinə göstərdiyi önəmdən çıxara bilcəyimiz nəticiələr var.

Birincisi, Bayden Brüsseldəki NATO zirvəsinə böyük önəm verir və Trampın pozduğu münasibətləri bərpa edəcəyinə ümid edir.

İkincisi, Rusiya və Çin ilə gərginliyin son dərəcə yüksək olduğu bir dönəmdə çıxacaq nəticəyə Türkiyənin veto qərarıyla çıxması probleminin yaranmasını istəmir. Vaşinqtonun Cənubi Kiprin NATO-ya üzv olmasına çalışdığı bəllidir. Egey dənizindəki Türkiyə-Yunanıstan gərginliyi fonunda bu məsələnin ABŞ prezidentinin Ərdoğan ilə görüşdə müzakirə olnacağı da diqqət mərkəzindədir. S-400 məsələsində bir anlaşma olmasa belə ən azından bu məsələ ətrafında müzakirə gedəcəyi istisna deyil. Türkiyə ilə ABŞ arasında ciddi problemlərin çox olduğu bir ərəfədə bu səfərin böyük önəm kəsb etdiyi bildirilir. ABŞ-ın ən yüksək rəsmisinin Türkiyəyə səfəri ona verdiyi önəmdən bəhs edir.

Böyük ehtimalla qondarma soyqırımının Co Bayden tərəfindən tanınmasından sonra yaşananlar prezidentlərin görüşündə diqət mərkəzində olacaq. Eləcə də, Qarabağda mövcud durum, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına da toxununla bilər.

Azər Nuriyev

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar