Xəbər lenti
Qərb ölkələrindən vətəndaşlarına çağırış: Ermənistana getməyin - Zəngəzur qalmaqalı
Rəsmi İrəvan həmişə dünya ictimaiyyətinin Ermənistanı sabit ölkə kimi qəbul etməsinin qürurunu yaşayırdı. Amma yanaşma xeyli dəyişib. Siyasi sabitliyin pozulması, yeni müharibə çağırışları Ermənistana etibarı kəskin azaldıb. Son günlər Ermənistan özünün qaldırdığı qalmaqalın qurbanına çevrilib. Sərhədlərin delimitasiyasına mane olmaq istəyən Ermənistan öz əməllərinin əks-effekti ilə üz-üzə qalıb.
Manevr.az xəbər verir ki, Qərb ölkələri vətəndaşlarını Ermənistana getməməyə çağırır. Mayın 18-də əvvəlcə ABŞ, ardınca Polşa öz vətəndaşlarına müraciət edib. Vaşinqton ən yüksək – dördüncü xəbərdarlıq səviyyəsindən istifadə etmək qərarına gəlib. ABŞ Dövlət Departamentinin saytında bu haqda xəbərdarlıq mətni yer alıb. Vaşinqton amerikalıların Ermənistana səfər etməsini məsləhət görmür. Mətndə son vaxtların dəbdə olan arqumenti - qlobal səhiyyə böhranı yer almayıb. Amma əsas narahatlıq doğuran məqam kimi bölgədə sabitliyin olmaması, sərhəddə baş verənlər göstərilib.
ABŞ xüsusilə Qarabağa yaxın ərazilərdə vətəndaşlarının təhlükəsizliyini təmin etməyə hazır deyil. Açıq görünür ki, sərhədlərin tam müəyyənləşməməsi Vaşinqtonu narahat edir. Sözsüz, Ermənistanda siyasi sabitliyin, bəlkə də, heç vaxt olmadığı qədər pozulması da ən yüksək xəbərdarlıq səviyyəsinin istifadə olunmasında rol oynayıb.
Bənzər xəbərdarlığı Polşa da edib. Avropa ölkəsinin İrəvandakı səfirliyi Polşa vətəndaşlarına Ermənistana gəlməməyi məsləhət görüb. Səfirliyin mövqeyinə görə, indi bu ölkəni səyahət üçün seçməyin zamanı deyil.
Polşa konkret təhlükəli saydığı bölgələrin adını da çəkir. Tavuş mərzi, Göyçə gölünü əhatə edən Gexarkunik vilayəti, Dərələyəz mahalının ərazisi sayılan Vayots Dzor və Sünik vilayəti (Zəngəzur) fərqləndirilib. Polşa öz vətəndaşları üçün buralarda görünməyi arzuolunmaz adlandırıb.
Avropa dövləti Ermənistandakı revanşist çağırışlarından çox narahatdır. Buna görə də son gərginliklərin yaşandığı Zəngəzur və Göyçə haqqında xüsusi danışılır.
Mayın 12-dən Laçın və Gorus rayonlarının kəsişdiyi Qaragöl ətrafında sakitlik pozulub. Ermənistan Azərbaycanı sərhədi pozmaqda ittiham edir. Halbuki mayın 17-də “Telegram” kanallarında yayımlanan videolarda bunun əksi nəzərə çarpır. Ermənistanın bir neçə vətəndaşı sərhəd xəttini keçməyə çalışır, azərbaycanlı hərbçilər buna imkan vermir./bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar