Xəbər lenti
"Azərbaycan Silahlı Qüvvələri sabah Qara gölün ərazisini tərk edəcək" - Zohrabyan
"Azərbaycan tərəfi ilə danışıqlar başa çatıb. Aldığımız məlumata görə, bu görüşdə erməni tərəfi üçün müsbət nəticə əldə edilib və mayın 17-də Azərbaycan Silahlı Qüvvələri Sünik bölgəsindəki Qara göl ərazisini tərk etməlidir".
Manevr.az Sputnik Ermənistan-a istinadən xəbər verir ki, bunu bu gün Ermənistan parlamentinin deputatı Naira Zohrabyan deyib.
"Ümid edək ki, sabah Azərbaycan hərbçiləri Qara gölünün ərazisini tərk edəcək və ən əsası bu, Ermənistanın başqa bir hissəsi hesabına baş verməyəcək. Məsələn, Tiqranaşen (Kyarki) hesabına",- deyə Zohrabyan vurğulayıb.
Qeyd edilir ki, Tiqranaşen məsələsi erməni cəmiyyətində dəfələrlə gündəmə gətirilib. Belə ki, 2021-ci il yanvarın əvvəllərində Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi Tigranaşen kəndinin Ararat bölgəsinə Azərbaycan tərəfinə verilməsi barədə şayiələri rədd edib.
Məlumata görə, Goris icması başçısının müavini İrina Yolyan Sputnik Ermənistan müxbirinə, əldə olunmuş razılığa əsasən, Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin Qara göl ərazisini tərk etməsini təsdiqləyib. Bunun hansı şəraitdə baş verəcəyi hələ məlum deyil.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi və Baş nazirin müavini Tigran Avinyandan rəsmi açıqlamalar hələ ki, yoxdur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar