Sizin Reklam Burada
Xəbər lenti
28-09-2026
27-09-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan öz ərazisinə girir, Ermənistan qəsdən Fransanı oyuna çəkir... - ŞƏRH

Tarix: 15-05-2021 16:49     Baxış: 4249 A- / A+
Azərbaycan öz ərazisinə girir, Ermənistan qəsdən Fransanı oyuna çəkir...

"Bu, əslində Qərblə Rusiya arasında olan siyasi qüvvələrin oyunudur".

Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında politoloq, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycanın Laçın rayonunun Ermənistanla sərhəd ərazilərində Qaragöl dövlət qoruğu ətrafında sərhədlərini bərpa etməsindən danışarkən deyib. Onun fikrincə, Ermənistan bu məsələdə Fransanı bilərəkdən oyuna çəkir:

"Sərhədlərin dəqiqləşməsi prosesi daima gedir. Ermənilərin məqsədləri Azərbaycana hansısa mesajı çatdırmaq yox, ilk növbədə daxili siyasi oyunları qızışdırmaqdır. Seçkilər ərəfəsində qərbpərəstlərlə rusiyapərəstlər arasında rəqabət var. Onlar bu mövzudan bilərəkdən istifadə edirlər ki, guya Rusiya onların köməyinə gəlmir. Bunun üçün də Fransanı ortaya atmaq istəyirlər".

Qeyd edək ki, Laçın rayonunun Ermənistanla sərhəd ərazilərində Azərbaycan sərhədçilərinin Qaragöl dövlət qoruğu ətrafında mövqe tutması və dövlət sərhədini bərpa etməsi məsələsi gərginliyə səbəb olub. Ermənilər isə bunu "Ermənistan ərazisinə müdaxilə” kimi qiymətləndirərək müxtəlif təxribatçı bəyanatlar səsləndiriblər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar