Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Rusiya Qaragöl məsələsində həqiqəti deməyənə qədər..." - ŞƏRH

Tarix: 15-05-2021 10:32     Baxış: 4213 A- / A+
"Rusiya Qaragöl məsələsində həqiqəti deməyənə qədər..." - ŞƏRH

"44 günlük müharibənin yekunu olaraq bölgədə yeni münasibətlərin qurulması üçün mütləq sərhəd problemlərini də həll etmək lazım idi. Zəngəzur dəhlizinin işə salınması və Azərbaycan - Ermənistan arasında sülhün qorunması sərhədlərin delimitasiyası və demarkasiyası olmadan mümkün deyildi".

Manevr.az-ın məlumatına görə, bunu Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. O qeyd edib ki, Lavrovun Qafqaza səfərindən sonra müəyyənləşdirilmiş sərhədlərdə sərhəd postlarının qurulmasının ikinci mərhələsinə start verilib:

"Birinci mərhələdə Azərbaycanın cənub - qərb torpaqları ilə Ermənistanın cənub - şərq torpaqları arasında sərhədlərin çəkilməsi həllini tapdı. Lakin indi məlum mövzu ətrafında ciddi spekulyasiyalar baş tutdu.

Laçın və Kəlbəcərin sərhədlərinin müəyyənləşdirilməsi zamanı yaranan hay-küy

İlk saatlardan indiyə qədər Köçəryan tərəfindən idarə olunan KİV-də ciddi şəkildə Nikola Qaragöl mövzusunda pressinq davam edir. Buna cavab olaraq, Paşinyan hakimiyyəti Qaragöl məsələsində Ermənistanda hay - küyün yaranması fonunda pressinq qarşısında qalaraq geosiyasi kartı oymağa başladı. Nikol Köçəryanın son zamanlar iqtisadi və siyasi əlaqələrindən istifadə edərək elektoratını çoxaltması və Qaragöl mövzularının onun reytinqinə mənfi təsir etdiyini başa düşərək növbəti dəfə Fransa - Ermənistan, ABŞ - Ermənistan kartlarını işə saldı".

Z.Məmmədov bildirib ki, Nikol Paşinyan faktiki olaraq Rusiya qarşısında şərt qoyaraq erməni ictimaiyyətinə Moskvanın mövqeyini bir daha göstərmiş oldu:

"O, sabah üzərində məsuliyyət qalmasın deyə, hökumətinin Rusiya tərəfi ilə telefon danışıqları ilə kifayətlənmədi, Rusiya prezidentinə məktub yazdı və məktubda Moskvadan yardım istədi. Beləliklə, fors - major halında "mən Putindən hərbi yardım istədim, lakin o yardımı almadım" tezisini bəyan edəcəyini yazılı sənədlə sabaha saxlamış oldu.

Qaragöl məsələsində Rusiya erməni ictimaiyyəti qarşısında pis vəziyyətdə qaldı. "Azərbaycan ordusu Ermənistan sərhəddini keçdi, amma Rusiya Ermənistan qarşısında öhdəliyini yerinə yetirmədi" şüarını səsləndirməyə yaxın olan anti - rusiyaçılar "baxın bizim dediyimiz həqiqət oldu" deməyə başladılar. Əvəzində, Paşinyan hələlik dəstəyi Vaşinqton və Parisdən aldı".

Politoloqun sözlərinə görə , ABŞ və Fransa Azərbaycan ordusunun öz sərhədləri daxilində olduğunu bilə - bilə Bakını tənqid edən mövqe sərgilədilər:

"Xüsusilə Fransa qırmızı xətti keçərək Kosova variantını işə salmaq istəyində olduğunu gizlətmədi, müharibə vaxtında olduğu kimi yenidən "Azərbaycanın addımlarını" BMT TŞ-na çıxarmaq üçün addımlar atır. Öz növbəsində, Borell timsalında Avropa İttifaqı hələ ki, Makronun mövqeyinə tüpürərək Azərbaycan və Ermənistan arasında sərhədlərin sülh şəraitində müəyyənləşməsinin zəruriliyi haqqında bəyanat verdi.

Beləliklə, mövcud durumda Üçtərəfli Bəyanatda və postmüharibə dövründə əsas maraqlı tərəf olan Rusiya Qaragöl məsələsində həqiqəti deməyənə qədər erməni cəmiyyətində nüfuzunu daha da itirəcək. Deyiləsi cümlə isə budur: bu torpaqlar Azərbaycan ərazisinə daxildir və Ermənistan ordusu geri çəkilməlidir. Paşinyan bu mövzuda Köçəryana uduzdu. Onun bir yolu qalır, seçkiqabağı daxili auditoriya üçün "günahkar" tapmaq. Köçəryan Qaragöl məsələsində Ara Ayvazyanın və bölgədəki generalların "fəaliyyətləri" nəticəsində Paşinyanı tələyə saldı"./sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar