Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Lavrov Kremlin mesajlarını İrəvana çatdırdı - Korotçenko

Tarix: 12-05-2021 17:28     Baxış: 3402 A- / A+
Lavrov Kremlin mesajlarını İrəvana çatdırdı - Korotçenko

Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistan və Azərbaycana səfərinin əsas məqsədi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin ötən ilin noyabrında qəbul etdiyi üçtərəfli bəyanatda nəzərdə tutulmuş bütün məqamların tez bir zamanda həyata keçirilməsidir. Biz bilirik ki, Ermənistan tərəfinin öz öhdəlikləri ilə bağlı faktiki olaraq, təxribatlar törətməsi səbəbindən bu proses, təəssüf ki, çətin gedir. Bəlkə də Lavrov bütün nüfuzundan istifadə edib və Kremlin müvafiq mesajlarını İrəvana çatdırıb ki, Ermənistan minalı ərazilərin xəritələrinin verilməsi ilə bağlı ilk praktik addımları atmağa başlasın.

Manevr.az xəbər verir ki, bu sözləri report-a hərbi ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko deyib.

Ekspertin fikrincə, Lavrovun səfəri bəyanatın müddəalarının həyata keçirilməsini və mövcud problemlərin həllini mümkün qədər sürətləndirməli idi:

“İlk növbədə, Ermənistanın 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında minaladığı ərazilərin xəritələrini verməsini və nəqliyyat dəhlizlərinin açılmasını təmin etmək lazımdır. Naxçıvanı Azərbaycanla birləşdirəcək Zəngəzur dəhlizinin tez bir zamanda işə başlaması vacibdir. Rusiyanın İrəvana təsir cəhdlərinin nə qədər uğurlu olduğunu, güman ki, önümüzdəki həftələrdə görəcəyik”.

“Bakıda keçirilmiş mətbuat konfransında Lavrov qeyd edib ki, Ermənistan mövcud məsələlərin həllinə ehtiyac olduğunu anlayır. O, hətta ilk praktik addımların artıq atıldığını vurğulayıb. Problemlər humanitar xarakter daşıyır. İrəvanın öz öhdəliklərini yerinə yetirmək istəmədiyini artıq müşahidə etmişik. Sergey Lavrovun Ermənistanın bu problemləri həll etməyə hazır olduğunu deyərkən konkret olaraq nəyi nəzərdə tutduğunu gözləyib bilmək istərdim. İndiyə qədər heç bir praktik addım görmürük”, – o bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar