Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

"Kanadanı müdafiə etmək ermənini müdafiə etməkdir" - Prezidentin fikirləri bəzilərində niyə qıcıq yaradıb?

Tarix: 11-05-2021 21:11     Baxış: 3227 A- / A+
"Kanadanı müdafiə etmək ermənini müdafiə etməkdir" - Prezidentin fikirləri bəzilərində niyə qıcıq yaradıb?

"Ermənistanı açıq dəstəkləyən Kanada barədə Prezidentin fikirləri bəzilərində niyə qıcıq yaradıb? Nə olsun ki, Kanada ərazi baxımından ikinci dövlətidir? Nə olsun ki, əhalisi bizim əhalidən 3 dəfədən çox artıqdır? Nə olsun ki, adambaşına düşən ÜDM-ə görə bizdən əhəmiyyətli dərəcədə qabaqdadırlar? Nə olsun? Deməli, onlar işğalçını, xalqımıza qarşı soyqırım, hərbi və insanlıq əleyhinə cinayətlər törədən Ermənistanı dəstədiklərinə görə bizim etiraz hüququmuz yoxdur? Ərazi bütövlüyümüzü tanımayan dövlət nə qədər böyük olur olsun, əhalisi nə qədər varlı olur olsun. Belə dövlətlər bizim üçün heç kimdir".

Manevr.az-ın xəbərinə görə, bunu hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

"Kanadada insan hüquqları müdafiə olunurmu? Olunur. Amma onlar "insan" dedikdə yerli xalqı nəzərdə tutmur. Baxın görün BMT-nin İnsan Hüquqları Komitəsinə yerli xalqlardan nə qədər şikayətlər var. Mülki və Siyasi Hüquqlar Haqqında Paktın 1-ci maddəsinin (Özünütəyinetmə hüququ (self determination)) pozulması ilə bağlı şikayətlərin əsasında o durur ki, yerli xalqlara öz dilindən, öz təbii sərvətlərindən istifadə etmək hüququ tanınmır. Yerli əhalinin özünü identifikasiya edəcək bütün mədəni, tarixi irsi məhv edilib. Kanadanı müdafiə etmək, dolayısı ilə ermənini müdafiə etməkdir. Bununla belə informasiya müharibəsində və lobbi fəaliyyətində geridə qalmağımızı da etiraf etməliyik. Nə qədər qərəzli olsalar belə, onlara haqlı olduğumuzu çatdırmaq üçün ciddi işlər görməliyik. Biləcəridən o tərəfə getməyən propoqandamız barədə dəfələrlə yazmışam. İnformasiya blokadasını yarmaq işində Prezidentə kömək etməli olan qurumlar hardadır?!" - S.Məmmədov bildirib./pravda.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar