Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Zəngəzur dəhlizinin açılması buna görə vacibdir - Deputat AÇIQLADI

Tarix: 11-05-2021 11:49     Baxış: 3157 A- / A+
Zəngəzur dəhlizinin açılması buna görə vacibdir - Deputat AÇIQLADI

Azərbaycan Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Zəngəzur dəhlizinin açılacağını bir daha bəyan edib. İşğaldan azad olunan ərazilərimizdə sözügedən dəhlizə inteqrasiya olunacaq infrastruktur işlərinə artıq başlanılıb. Horadiz-Ağbənd dəmir yolu xətti Azərbaycanın qərb hissəsi ilə Naxçıvanın Zəngəzur dəhlizi vasitəsi ilə birləşməsinə imkan verəcək. Naxçıvan ərazisində 16 km-ə yaxın dəmiryolu xətti də bərpa ediləcək.

Manevr.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib.

Deputat bildirib ki, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya olunacaq Zəngəzur dəhlizi nəinki bölgənin, bütövlükdə Türk dünyasının birləşməsinə imkan verəcək: "Layihənin iqtisadi üstünlükləri ilə yanaşı strateji əhəmiyyəti də kifayət qədər böyükdür. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Bu baxımdan, bu, eyni zamanda tarixi bir hadisə olacaq".
Zəngəzur dəhlizinin açılması buna görə vacibdir - Deputat AÇIQLADI

V.Bayramovun sözlərinə görə, bununla yanaşı, Zəngəzur dəhlizinin açılması kommunikasiyaların bərpası prosesində geri-dönməzliyin təmin edilməsi baxımdan da vacibdir: "Əslində, Zəngəzur dəhlizi Cənubi Qafqazda davamlı sülhə xidmət edəcək təşəbbüsdür. Bu dəhlizin istifadəyə verilməsi 10 noyabr tarixli birgə Bəyanatda təsbit edidiyindən, daha qısa zamanda Azərbaycanın qərb hissəsi ilə Naxçıvanın quru nəqliyyat yolu ilə birləşməsinin reallaşa biləcəyi anlamına gəlir. Bu, həmçinin bölgədə yeni düzənin formalaşdığından xəbər verir"./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar