Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Lukaşenko özünü niyə “öldürdü”?-”Hakimiyyətdən getməyə hazırlaşır, ancaq...”

Tarix: 09-05-2021 17:18     Baxış: 4186 A- / A+
Lukaşenko özünü niyə “öldürdü”?-”Hakimiyyətdən getməyə hazırlaşır, ancaq...”

Belarus Prezidenti Aleksandr Lukaşenko dövlət başçısının zorakılıqla öldürüldüyü təqdirdə hakimiyyətin fəaliyyətinin tənzimlənməsi, suverenliyin və konstitusiya quruluşunun müdafiəsi haqqında dekret imzalayıb. Sənəd prezidentin sui-qəsd, terror aktı törətmək, xarici təcavüz və ya digər zorakı hərəkətlər nəticəsində ölümü ilə bağlı fəaliyyət qaydalarını müəyyənləşdirir. Sənədə uyğun olaraq, bu halda dövlət qurumları baş nazirin rəhbərlik etdiyi Təhlükəsizlik Şurasının qərarlarına tabe olmalıdır.

Eyni zamanda, Belarusda təcili olaraq fövqəladə və ya hərbi vəziyyət tətbiq ediləcək, bunları təmin edəcək tədbirlər Təhlükəsizlik Şurası tərəfindən müəyyən ediləcək.

“Əsas məsələ seçkilərin keçirilməsi olacaq. Qubernatorların iştirakı ilə Təhlükəsizlik Şurası onun keçirilməsinə qərar verəcək. Fərman ölkənin müstəqilliyini və suverenliyini qorumağa yönəlib”,-məlumatda belə deyilir.

Qeyd edək ki, aprelin 17-də Rusiya Federal Təhlükəsilik Xidməti Belarusda çevriliş hazırlayan iki nəfərin həbs olunduğunu bildirib. Kəşfiyyat xidmətlərindən verilən məlumata görə, çevrilişin Minskdə 9 May Qələbə paradında həyata keçirilməsi planlaşdırılırdı. Bundan əvvəl Lukaşenko özünün və övladlarının həyatına sui-qəsd planlaşdıran qrupun həbsindən danışıb. Onun fikrincə, sui-qəsdin və dövlət çevrilişinin hazırlanmasında ABŞ-ın xüsusi xidmət orqanları iştirak edib. Belarus Prezidentini qətlə yetirmək təşəbbüsünün hazırlanması ittihamı ilə həbs olunanlar günahlarını etiraf ediblər.
Lukaşenko özünü niyə “öldürdü”?-”Hakimiyyətdən getməyə hazırlaşır, ancaq...”

Manevr.az xəbər verir ki, politoloq Məhəmməd Əsədullazadə cebhe.info-ya açıqlamasında Aleksandr Lukaşenkonun sözügedən fərmanını siyasi manipulyasiya kimi qiymətləndirib. Onun sözlərinə görə, Belarusda daxili siyasi vəziyyət gərgin olaraq qalır və daxili sabitliyə nail ola bilməyən Lukaşenko hakimiyyətinin təhlükəsizliyini qorumaq üçün bu cür manevrlər edir: “Hazırda Belarus Prezidenti Moskvanın dəstəyi ilə hakimiyyətdə qalır və ABŞ-ın yardımı ilə ona qarşı çevriliş cəhdlərinin olduğunu iddia edir. Həbs olunan şəxslərin bu cinayəti etiraf etməsi də beynəlxalq ictimaiyyətə qaranlıq qalır. Hesab edirəm ki, ki, Lukaşenkonun bu fərmanı daxildə özünə qarşı qurula biləcək hər hansı planın, təxribatın qarşısını almağa yönəlib. Kreml də çalışır ki, seçkidən əvvəl olduğu kimi Lukaşenko Rusiyaya qarşı demarşlar etməsin, Qərblə siyasi-iqtisadi əlaqələri gücləndirməsin. Görünür, Moskvadan bununla bağlı Lukaşenkoya ciddi təzyiqləri var”.

Politoloq bildirib ki, ümumiyyətlə, Belarus hakimiyyətinin daxili siyasi sabitliyin təmin edilməsi ilə bağlı ciddi narahatlqları var:

“Lukaşenko özünün siyasi taleyindən narahat görünür. Prezidentlikdən getdikdən, yaxud öldürüldükdən sonra onun səlahiyyətlərinin Təhlükəsilik Şurasına keçməsi barədə fərmanı Lukaşenkonun vəzifədən tədricən uzaqlaşmasına hesablanıb. Lukaşenko tədricən seçkilərə, konstitusiya dəyişikliklərinə gedəcəyinə dair açıqlamalar verir. Sadəcə olaraq, özünə layiqli xələf seçə bilmir. Onun öldürüləcəyi barədə verdiyi açıqlamalar özünün müdafiə instiktindən irəli gəlir. Təhlükəsizlik Şurasının səlahiyyətlərini artırmaq, prezident öldürülərsə, səlahiyyətlərin ötürülməsi barədə fərmanın imzalanması Lukaşenkonun hakimiyyətdən getməyə hazırlaşdığını göstərir. O, belə bir təhlükəni Rusiyadan da gözləyir. Görünür, Lukaşenko hakimiyyətini qorumaqda ciddi çətinliklərlə üzləşib. Bu, daxili siyasi problemlərdən və Qərbin sanksiyalarının güclənməsindən irəli gəlir. Ona görə də Qərbin sanksiyaları nəticəsində Belarusda sosial-iqtisadi vəziyyətin ağırlaşması xalq kütlələrinin yenidən ayağa qalxmasına səbəb ola bilər. Bu səbəbdən Lukaşenko səlahiyyətlərini tədricən Təhlükəslik Şurasına ötürməklə öz işini asanlaşdırır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar