Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bayden Bakını seçəcək və bu, mesaj olacaq - Trofimçuk

Tarix: 08-05-2021 22:33     Baxış: 4198 A- / A+
Bayden Bakını seçəcək və bu, mesaj olacaq - Trofimçuk

Son zamanlar dəfələrlə Rusiya və NATO-nun hərbi qurumlarının nümayəndələri üçün danışıqlar meydanı kimi məhz Bakı seçilib. Belə diplomatik dislokasiya heç kimdə heç zaman suallar doğurmayıb. Buna görə də dünya birliyində Bayden-Putin görüşü üçün yerin seçilməsi ilə bağlı qeyri-formal diskussiya başlayanda Azərbaycanın paytaxtı dərhal mümkün variantlardan biri, hətta ən təbii variant kimi səslənməyə başladı.

Manevr.az xəbər verir ki, bu barədə axar.az-a açıqlamasıda xarici siyasət, müdafiə və təhlükəsizlik sahəsində ekspert, “Avrasiya ideyaları” elmi araşdırmalara dəstək Fondunun Ekspert Şurasının sədri Qriqori Trofimçuk bildirib.

“Ekspertlərin çoxu Azərbaycan dövlətinin neytral statusunun buna kömək etdiyini bildirir. Bununla razılaşmaq lazımdır. Üstünlüklərin sırasına, həmçinin statuslu görüşlərin təşkilinin ənənəvi yüksək səviyyəsini, Bakının rahat coğrafiyasını və bir sıra digər amilləri də əlavə etmək olar. Rusiya və ABŞ-ın ali rəhbərliyinin görüş yerinin simvolunun xüsusi siyasi əhəmiyyəti də vardır. Məsələn, bu gün səslənən variantlardan biri Reykyavikdir. Çünki məhz bu şəhərdə 1986-cı ildə Mixail Qorbaçov və Ronald Reyqan arasında görüş keçirilib. Lakin bu görüşün SSRİ-nin süqutuna səbəb olduğunu düşünən bugünkü rusların əksəriyyətində bu məqamla bağlı mənfi xatirələr var. Odur ki, əgər Putin-Bayden görüşü də orada keçsə, cəmiyyətdə mənfi fikirlər yaranar: “Rusiya sanki yenidən tərk-silah olunmağa hazırlaşacaq”.

Bayden balans üçün dolayısı ilə ABŞ prezidentinin bu yaxınlarda söylədiyi ifadəyə görə (qondarma “soyqırım” nəzərdə tutulur – red.) eyforiyaya düşmüş İrəvana lazımi siqnal vermək qərarına gələrək, Putin ilə görüşmək üçün Bakını seçəcək”, - deyə müsahibimiz vurğulayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar