Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Lavrovun səfərinin gizli detalları: Terrorçular müqabilində 7 kənd Azərbaycana qaytarılır?

Tarix: 07-05-2021 20:39     Baxış: 4224 A- / A+
Lavrovun səfərinin gizli detalları: Terrorçular müqabilində 7 kənd Azərbaycana qaytarılır?

Rusiyanın “Kommersant” qəzeti Xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfərinin gizli detalları ilə bağlı açıqlama yayıb.

Manevr.az-ın məlumatına görə, adıçəkilən mənbə qapalı danışıqlarda Ermənistan tərəfi “hərbi əsir”lərin qaytarılması məsələsini qaldırıb. “Ermənistan üçün prinsipial problem-Azərbaycanda qalan “əsirlər”in qayıtması məsələsi hələ də bağlanmayıb.

Sergey Lavrovla görüşdə Ara Ayvazyan bunu vacib məsələ adlandırıb və Azərbaycanı bütün hərbi əsirlərin və zorla həbs edilmiş şəxslərin geri qaytarılmasını təmin etməyə çağırıb.

“Beynəlxalq humanitar hüququn kütləvi pozulmasına dair məlumatlar da göstərir ki, bu vəzifə ən qısa müddətdə həll olunmalıdır”,-Ayvazyan belə deyib.

Mayın 4-də rusiyalı nazirin səfərindən əvvəl Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri Rüstəm Muradov Azərbaycandan üç nəfər gətirmişdi. Saxlanılanların qalan hissəsi ilə bağlı tərpəniş yoxdur.

Azərbaycan Prezident Administrasiyasındakı mənbə “Kommersant”a hazırda Azərbaycanda 59 nəfərin qaldığını deyib. Onun sözlərinə görə, onlar əsir deyil, döyüş əməliyyatları bitdikdən sonra saxlanılanlardır.

“Atəşkəs və Ermənistanın təslimçilik aktı var idi. Bundan sonra həmin adamlar Azərbaycana daxil oldular. Onlar təxribatçı və terrorçudurlar. Biz onlarla belə davranırıq və onları mühakimə edəcəyik. Gələcəkdə nəzəri cəhətdən mübadilə mümkündür”,-deyib.

“Kommersant” qəzeti Rusiya və Ermənistan diplomatlarına istinadən yazır ki, Azərbaycan “əsirlərin” sərbəst buraxılması üçün müəyyən şərtlər isrəli sürür: “Bunlar bir qayda olaraq, ərazi məsələlərinə aiddir”.

Beləliklə, məlumatlı mənbə "Kommersant" a bildirib ki, Azərbaycan tərəfi hazırda Rusiya sülhməramlıları və Ermənistan hərbçiləri tərəfindən idarə olunan Şuşa-Qırmızı Bazar yolunun onun nəzarətinə keçməsi məsələsini qaldırıb. Yol üzərində nəzarət Azərbaycanın Şuşaya girişini xeyli asanlaşdıra bilər.

“Kommersant” ın mənbələri bildirirlər ki, Bakı saxlanılan şəxslərin qaytarılması müqabilində Qazax bölgəsindəki bir sıra kəndlərin ona verilməsi məsələsini qaldırıb. (Söhbət Qazaxın işğal altındakı yeddi kəndinin qaytarılmasından gedir-red.) Ancaq məsələlərin heç biri həll olunmayıb. Ermənistan ümid edir ki, Moskva məhbus probleminin həllinə kömək edəcək.

“Kommersant”ın yazdığına görə, Ermənistan öz müttəfiqi və Azərbaycanın tərəfdaşı olan Rusiyanın vasitəsilə “hərbi əsirlər”in qaytarılmasına nail olacağına inanır. Rəsmi İrəvan çalışır ki, bu məsələni 10 noyabr bəyanatından irəli gələn şərt kimi həll etsin./cebhe.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar