Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

ABŞ-ın “Politico” nəşri: “Baydenlə Putin Bakıda görüşə bilər”

Tarix: 06-05-2021 11:41     Baxış: 3140 A- / A+
ABŞ-ın “Politico” nəşri: “Baydenlə Putin Bakıda görüşə bilər”


Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Cozef Bayden arasında görüş Reykyavik (İslandiya), Praqa (Çexiya), Lyublayana (Sloveniya) və Bakıda keçirilə bilər.

Manevr.az axar.az-a istinadla xəbər verir ki, bu məlumatı ABŞ-ın “Politiko” qəzeti keçmiş amerikalı rəsmilər və analitiklərə istinadən yayıb.

Məlumata görə, indiyə qədər İsveçrə, Finlandiya və Avstriya bu görüşə ev sahibliyi etməyə hazır olduqlarını dilə gətiriblər. Qəzet bu ölkələrin neytral olduğunu və NATO üzvü olmamasını diqqətə çatdırıb.

Buna baxmayaraq, “Politiko” İslandiya, Çexiya, Sloveniya və Azərbaycan kimi ölkələrin paytaxtlarının görüş üçün nəzərdən keçirilə biləcəyini yazıb.

İndiyə qədər görüş üçün səsləndirilən variantlar arasında ən az ehtimal olunan şəhərin Helsinki (Finlandiya) olduğu bildirilib. İslandiyaya gəlincə isə görüşün burada keçirilməsi ehtimalına ən çox iki məsələnin mane olduğu vurğulanıb. Bunlardan birincisinin İslandiyanın NATO üzvü olması, ikincisinin isə bu ölkəyə çatmağın digərlərindən daha çətin olması göstərilib.

Siyahıda yer alan Praqanın da şanslarının getdikcə azaldığı bildirilib. Buna səbəb isə Praqanın hazırda Rusiya ilə diplomat böhran yaşamasıdır.

Sloveniyada 2001-ci ildə Putinlə ABŞ-ın eks-prezidenti Corc Buş arasında görüşün baş tutduğu bildirilib. Bununla belə Lyublyananın görüş yeri kimi şansını Sloveniyanın 2004-cü ildə NATO-ya üzv olması azaldıb.

Bakı da görüş üçün əsas namizədlər sırasındadır. Nəşrə açıqlama verən analitiklərin fikrincə, hazırda Azərbaycanın görüşə ev sahibliyi etməsinə ermənilər mane ola bilər. Belə ki, Ermənistan və Amerikadakı erməni diasporu bu görüşə neqativ reaksiya göstərə bilər.

Manevr.az

Qeyd edək ki, Bakıda son 3 il ərzində ABŞ və Rusiya, eləcə də Rusiya və NATO qərargah rəislərinin bir neçə dəfə görüşü olub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar