Xəbər lenti
Sülhməramlıların rotasiyası: Tək Rüstəm Muradov deyil... - Hərbi ekspert

"Tək Rüstəm Muradovun deyil, həmçinin orada olan digər hərbi qulluqçuların da dəyişdirilməsi mümkündür”.
Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov geri çağırılması ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib. Ekspert Rüstəm Muradovun 6 ayın tamamında dəyişməsini normal bir proses hesab edir:
"Ölkə xaricində yerləşən kontingentin sülhməramlı və digər funksiyaları yerinə yetirməsindən asılı olmayaraq bəlli bir zaman kəsiyində adətən 6 aydan bir rotasiyası həyata keçirilir. Bunun Rusiyada da 6 aydan bir həyata keçirilməsi nəzərdə tutulur”.
Qeyd edək ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov geri çağırıla bilər. Ermənistanın "Joğovurd” qəzetinin məlumatına görə, onun yerinə başqa generalın təyinat alması ehtimalı var.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































