Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyanın parlamentdə qurduğu “teatr” – “Nikol elə iclasın başlanğıcında...”

Tarix: 04-05-2021 19:02     Baxış: 4205 A- / A+
Paşinyanın parlamentdə qurduğu “teatr” – “Nikol elə iclasın başlanğıcında...”

"Ötən gün Ermənistan parlamentində formal olaraq yeni baş naziri seçməyə cəhd etdilər. Formal olaraq ona görə ki, siyasi qüvvələr yeganə namizəd - baş nazir vəzifələrini həyata keçirən Nikol Paşinyanın tələb olunan miqdarda səs toplaya bilməməsi ilə əlaqədar razılığa gəlmişdilər. İndiki mərhələdə yeni baş nazirin seçilməsi ssenariya daxil edilməyib”.

Manevr.az xəbər verir ki, bunu sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov Ermənistandakı seçki prosesini şərh edərkən deyib. O bildirib ki, Paşinyan indiki mərhələdə parlament kürsüsünü özünü təbliğ etmək və müxalifəti gözdən salmaq üçün istifadə edir:

"Müxalif qüvvələr içində iyunun 20-nə təyin olunmuş növbədənkənar seçkilərdə Paşinyana qarşı çıxarıla biləcək potensial namizəd hələ gözə dəymir. Nikol Paşinyanın baş nazir postundan könüllü istefasından və "Baş Nazir vəzifəsini icra edən” ləqəbini götürməsindən sonra parlament iki dəfə yeni baş naziri seçməyə cəhd etməli və seçə bilməməlidir. Bundan sonra konstitusiyaya uyğun olaraq ölkədə növbədənkənar parlament seçkiləri təyin olunmalıdır.

Amma Ermənistanda bu dəfə də vəziyyət "ermənisayaq” alındı. Əvvəl növbədənkənar parlament seçkilərinin vaxtı müəyyən olundu, sonra baş nazir " istefa” verdi. İndi isə onu "seçməməyə” çalışırlar. Hazırda Erməni parlamentarilər məhz bu "oyunla” məşğuldurlar. Teatr Ermənistan konstitusiyasının tələblərinə uyğun deyil, Paşinyan və tərəfdarlarının qurduğu ssenari çərçivəsində aparılır. Bu ssenariyə əsasən mayın 10 -u üçün nəzərdə tutulan parlament iclasında da yeni baş nazir seçkisi "nəticəsiz” olacaq. Bu vəziyyət Paşinyanın Ermənistan konstitusiyasına etdiyi "əlüstü” düzəlişlər nəticəsində mümkün oldu”.

Müsahibimizin sözlərinə görə, müxalif partiyalar daxilində fraksiyalardan birinin namizəd çıxaracağı haqqında danışıqlar getsə də, mayın 3-də keçirilən iclasda bu baş vermədi:

"Bununla onlar Paşinyanın planına mane ola bilməsələr də, heç olmasa diqqəti özlərinə çəkmək istəyirdilər. Amma Nikol elə iclasın başlanğıcında bu fikirdə olanlara ciddi xəbərdarlıq etdi: Əgər formal olsa belə,ondan başqa namizəd ortaya çıxarsa, "Mənim addımım” fraksiyasının öz namizədini-yəni onu Baş Nazir seçməsi qaçılmazdır.

Görünən budur ki, iyunun 20-nə nəzərdə tutulmuş növbədənkənar parlament seçkilərinin "taleyi” Nikol Paşinyan və onun tərəfdarlarının əlindədir. Eyni zamanda, onlar bu seçkiyə qədər də Nikolu yenidən baş bazir seçə bilərdilər. Elə isə növbədənkənar seçki "şousunu” səhnələşdirməkdən məqsəd nədir?”.
Ə.İbrahimov növbədənkənar seçkinin keçirilməsi haqqında qərarın qəbul edilməsinin səbəblərindən də söz açıb: "Paşinyan seçkinin keçiriləcəyi günə qədər qalan müddətdə parlament kürsüsündən özünü təbliğ etmək və ona qarşı dayanan qüvvələri gözdən salmaq üçün istifadə edəcək. Mayın 3-də olan iclas zamanı biz bunun bir daha şahidi olduq. Paşinyanın əzəli və əbədi düşmənləri olan Qarabağ klanı və bu klanın ən öndə gedən nümayəndələri hesab olunan keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyana qurtuluş yoxdur. Onların bu seçki zamanı kitablarının tam bağlanması üçün çox ciddi işlər gedir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar