Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

İran Qarabağdakı separatçlara niyə yardım göndərir? - Səfir Tehrandan cavab gözləyir - VİDEO

Tarix: 04-05-2021 18:47     Baxış: 4191 A- / A+
İran Qarabağdakı separatçlara niyə yardım göndərir? - Səfir Tehrandan cavab gözləyir

Sosial şəbəkələrin İran seqmentində bu ölkənin Ermənistan vasitəsilə Qarabağa “yardım”ların çatdırılmasını əks etdirən qalmaqallı görüntülər yayılıb. Bununla bağlı video “Azad İran” “Telegram” kanalında paylaşılıb. Bu yüklərin Ermənistandan keçərək, Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə aparıldığı bildirilib.

Məlumatda qeyd edilib ki, həmin yük avtomobillərində benzin, qaz, bitum, eləcə də qida, geyim məhsulları, tikinti malları qanunsuz daşınır. Bundan başqa, bildirilir ki, həmin avtomobillərlə əraziyə külli miqdarda narkotik daşınır.

Məsələ ilə bağlı musavat.com İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Əli Musəvi ilə əlaqə saxlayıb.

Seyid Əli Musəvi bildirib ki, bu gün Ramazan ayının 21-ci günüdür və İmam Əlinin şəhadət günüdür, ona görə də səfirlikdə iş günü deyil. Lakin sözügedən məsələ ilə bağlı dünəndən səfirlik araşdırma, dəqiqləşdirmə aparır: “Yayılan həmin video və video ilə əlaqədar deyilənləri araşdırmaq, dəqiqləşdirmə aparmaq üçün Tehranla əlaqə saxlamışıq. Bildirimişik ki, araşdırıb bizə dəqiq rəsmi cavab verilsin. İnşallah, sabah və ya birisi gün bizə cavab gələcək və biz də Azərbaycan ictimaiyyətinə bu məsələ ilə bağlı cavab verəcəyik. Tehrana Azərbaycanda bu video ilə bağlı narahatlıq yarandığını bilirik. Tehrana məlumat vermişəm, gözləyirəm bizə açıqlama versinlər. Biz də sizə - mediaya həmin açıqlamanı çatdıraq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar