Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

"Ermənilər Ağdamı məqsədyönlü şəkildə yerlə-yeksan ediblər" - Korotçenko

Tarix: 03-05-2021 20:15     Baxış: 4200 A- / A+
"Ermənilər Ağdamı məqsədyönlü şəkildə yerlə-yeksan ediblər" - Korotçenko

“Ağdam rayonunda olduq. Şəhər yerlə-yeksan edilib. Bu, məqsədyönlü şəkildə edilib. Ətrafda minalanmış sahələr var. Əlbəttə ki, beynəlxalq hüquq baxımından bu, erməni komandanlığının ən vəhşi müharibə cinayətidir”.

Manevr.az xəbər verir ki, bunu “report”un Rusiya bürosuna hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Rusiya nümayəndə heyətinin tərkibində Azərbaycanın Ağdam rayonuna səfərini şərh edərkən deyib.

“Salamat qalan yeganə bina məsciddir. O da ermənilər üçün hərbi obyekt olduğuna görə salamat qalıb. Bu, yenə də müharibə qaydalarını müəyyən edən bütün mövcud normalara ziddir”, – Korotçenko deyib.

Ekspert qeyd edib ki, Ermənistan özündən sonra məhv edilmiş şəhərlərdən başqa, minalanmış sahələr də qoyub: “Əvvəllər erməni işğalı altında olmuş ərazilərdə minalı sahələrin xəritələrinin verilməsinə dair tələblər tamamilə ədalətlidir və humanitar məsələlərdən irəli gəlir. İşğal altında olmuş torpaqlarda hazırda yeni nəqliyyat infrastrukturu yaradılır, yeni hava limanları inşa edilir. İşlərin əsas hissəsi başlayıb və inkişaf mərhələsindədir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar