Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sarkisyan Minsk Qurupunun vasitəçilərinə Qarabağla bağlı hansı məktubu göndərib? - Paşinyan gizli detalları açdı

Tarix: 03-05-2021 19:33     Baxış: 4229 A- / A+
Sarkisyan Minsk Qurupunun vasitəçilərinə Qarabağla bağlı hansı məktubu göndərib?

Müvəqqəti Baş nazir Nikol Paşinyan Serj Sarkisyanın prezident olduğu dövrdə ATƏT-in Minsk Qrupunun Qarabağla bağlı vasitəçilərinə göndərdiyi vacib məktubdan və danışıqların digər gizli detallarından danışıb.

Manevr.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan” məlumat verib.

Paşinyanın sözlərinə görə, devrilən birinin müsahibəsi danışıqlar prosesinə dair yeni detalları aşkarlamaq üçün yaxşı bir fürsətdir. Belə ki, bu mövzuda əvvəllər müəyyən məhdudiyyətlər olub.

O qeyd edib ki, danışıqlar sənədləri arasında Sarkisyanın vasitəçilərə bir məktubu var:

"Vaxt keçdikcə müəyyən danışıqlar sənədləri açılacaq, hamımız biləcəyik ki, Serj Sarkisyan bir dəfə vasitəçilərə məktub yazaraq, təklif olunan referendum çərçivəsində nə qədər azərbaycanlının Dağlıq Qarabağ sakini sayılacağına dair bəzi narahatlıqlarının olduğunu bildirmişdi”.

Paşinyan çıxışında detalları açıqlamaq fürsətinə görə Sarkisyana təşəkkür edib. Belə ki, Paşinyanın sözlərinə görə, bir neçə ay əvvəl o, azərbaycanlıların Şuşaya qayıtması barədə danışanda keçmiş Ermənistan hakimiyyəti danışıqlar prosesində bu məsələnin olmadığını iddia edirdi.

"Bu faktdan bilirik ki, Dağlıq Qarabağda yaşayan azərbaycanlılar da bu potensial referenduma qatılmalıdırlar. Bu baxımdan Sarkisyana mənə fürsət verdiyinə görə təşəkkür etmək istəyirəm, çünki bir neçə ay əvvəl Şuşa haqqında danışanda danışıqlar prosesində heç vaxt belə bir məsələnin olmadığını demişdilər. Sual: O zaman Dağlıq Qarabağ sakinləri olan azərbaycanlılar harada yaşamalı idilər? Ümid edirəm, hamı bu sualın cavabını başa düşür”,- deyə Paşinyan vurğulayıb.

Paşinyan Qarabağla bağlı danışıqların məzmununun hələ o, hakimiyyətə gəlməzdən əvvəl, 2015- 2016-cı illərdə dəyişdiyini qeyd edib.

O, eks-prezidenti 2015-ci ilin payızı - 2016-cı ilin qışında Aprel döyüşlərindən əvvəl baş verən hadisələr barədə danışmağa çağırıb.

"Bunu sübut edən sənədlər, danışıqlar protokolları var. 2018-ci ildə bu sənədlərlə işləmişəm. Bəlkə bəlli olacaq ki, bu dövrdə vasitəçilər Azərbaycanın mövqeyini dəstəkləməyə başladılar?, - deyə N. Paşinyan söyləyib. /qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar