Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyə vətən müharibəsində Azərbaycanı qətiyyən tək qoymayıb - Yeni səfir

Tarix: 03-05-2021 12:10     Baxış: 4150 A- / A+
Türkiyə vətən müharibəsində Azərbaycanı qətiyyən tək qoymayıb - Yeni səfir


Türkiyə və Azərbaycan arasında dünyada bənzəri olmayan qardaşlıq münasibətlərinin kökü ortaq tarix və mədəniyyətdən bəslənir.

Manevr.az trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Azərbaycandakı yeni səfiri Cahit Bağcı öz açıqlamasında deyib.

O bildirib ki, Qarabağda ermənilərin 30 illik işğalına son qoymuş 44 günlük Vətən müharibəsində qazanılan qələbə Azərbaycanla yanaşı Türkiyə vətəndaşlarının da sevincinə səbəb olub:

"Türkiyə bu vətən müharibəsində öz qardaşlıq borcunu yerinə yetirərək Azərbaycanı qətiyyən yalnız qoymayıb. Müharibənin əvvəlindən sonunadək qardaşının yanında olub, dosta və düşmənə birliyin gücünü nümayiş etdirib".

Səfirin sözlərinə görə, Türkiyə və Azərbaycan arasındakı siyasi, iqtisadi, ticari, hərbi, sosial və mədəni əlaqələr və əməkdaşlıq geostrateji səviyyəyə çatıb:

"Son dövrlərdə bütün sahələrdə əməkdaşlığımızda böyük irəliləyiş qeydə alınıb. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərindən sonra enerji təhlükəsizliyini daha da artıran Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik qaz kəməri (TAP) işə salınıb. Bakı-Tbilisi-Qars dəmiryolu da regiondakı nəqliyyat şəbəkəsinin inkişafı baxımından böyük potensiala malikdir. Türkiyə və Azərbaycan sahib olduqları bütün imkanları ilə regionun təhlükəsizlik və sabitliyinə töhfə vermək məqsədilə səylərini birləşdirib".

C.Bağcı əlavə edib ki, bütün bu işlər Türkiyənin Naxçıvan və Gəncədəki baş konsulluqları və Lənkərandakı fəxri konsulluq tərəfindən dəstəklənir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar