Sizin Reklam Burada
Xəbər lenti
19-09-2025
18-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Şahin Mirzəyev kimi “alkaş”ları...” - İsa Qəmbərin keçmiş müşavirindən iddia

Tarix: 16-02-2017 21:58     Baxış: 4556 A- / A+
“Şahin Mirzəyev kimi “alkaş”ları...”


Ermənistandan “müvəqqəti sığınacaq" alan Şahin Mirzəyev ətrafında gedən müzakirələr səngimir. Onun bir vaxtlar Müsavat Partiyasının üzvü olması müzakirələri daha da qızışdırıb. Müsavat rəhbərliyi isə Şahin Mirzəyevin adının partiya ilə əlaqələndirilməsini qınayıb və onun 4 il bundan əvvəl - 2013-cü il aprelin 15-də Müsavat sıralarından xaric edildiyini bəyan edib.

Müsavatın eks-başqanı İsa Qəmbərin müşaviri olmuş Yeganə Hacıyeva isə yeni iddialarla çıxış edib.
Onun sözlərinə görə, partiyanın qurultayında Arif Hacılı üstün olsun deyə Şahin Mirzəyev də daxil olmaqla bir qrup şəxs Məclisə üzv yazılıb: “Şahin Mirzəyev kimi xainin aid olduğu qrup eyni iddialarla yüzlərlə adami Avropada “siyasi mühacir” edib. Deyəsən, indi arayış keçmir və bu yola əl atırlar. Qurultayda Arif Hacılı üstün olsun deyə Şahin Mirzəyev kimi “alkaş”ları Məclis üzvü etmişdilər”.

Müsavat başqanının müavini Səxavət Soltanlı isə Yeganə Hacıyevanı partiyaya şər atmaqda suçlayıb: “Yeganə Hacıyeva “qovmuruq, istefa ver get” dediklərimizdəndir. Müsavatdan gedəndən sonra bəzi demokratlar ondan da qəhrəman düzəltmək üçün çox çalışmışdılar, amma alınmadı, indi də Müsavata şər atmaqdadır”.

Qeyd edək ki, Y.Hacıyeva 2013-cü ilin dekabrında Müsavatdan istefa verib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar