Sizin Reklam Burada
Xəbər lenti
18-08-2025
17-08-2025
BÜTÜN XƏBƏRLƏR

SON DƏQİQƏ: Zərif ÜZR İSTƏDİ

Tarix: 02-05-2021 16:24     Baxış: 4193 A- / A+
 SON DƏQİQƏ: Zərif ÜZR İSTƏDİ

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif "Qüds" Qüvvələrinin keçmiş komandiri Qasım Süleymanini tənqid etdiyi gizli müsahibəsindəki sözləri üçün üzr istəyib.

Manevr.az xəbər verir ki, bu barədə Zərif sosial media hesabında paylaşım edib.

İran siyasətində sərt təpki alan sözlərinin bəzi qruplar tərəfindən siyasi vasitə olaraq istifadə edildiyini söyləyən Zərif, ifadələrinin Süleymani və ailəsini sevənlərə zərər verdiyini qeyd edib.

"Məni ittiham edənlərin və mənə böhtan atdıqlarına inandıqlarımın hamısını bağışladım. Ümid edirəm ki, böyük İran xalqı, Süleymaninin bütün sevənləri və xüsusən də uca ailəsi məni bağışlayacaq", - XİN rəhbəri əlavə edib.

Xatırladaq ki, M.C.Zərifin jurnalist Səid Leylaza 2021-ci ilin mart ayında verdiyi və hökumət arxivində yer alan müsahibəsi sızdırılaraq Londonda yerləşən İran Beynəlxalq Televiziyası tərəfindən 25 aprel tarixində yayımlanıb. Sözügedən müsahibədə Zərif İran İnqilab Keşikçiləri Ordusunu və keçmiş "Qüds" Qüvvələri Komandiri Qasım Süleymanini xarici siyasətə müdaxilə etməkdə günahlandırıb. Zərifin reportajdakı açıqlamaları ölkədəki mühafizəkarların sərt reaksiyasına səbəb olub və İran XİN rəhbərini istefaya səsləyiblər.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar