Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Kamaləddin Qafarov baş həkimlərin həbsindən niyə narahat olub?

Tarix: 02-05-2021 15:11     Baxış: 4175 A- / A+
Kamaləddin Qafarov baş həkimlərin həbsindən niyə narahat olub?

Milli Onkologiya Mərkəzinin direktor müavini, deputat Kamaləddin Qafarov üçün çətin dönəm başlayıb.

Sabiq səhiyyə naziri Oqtay Şirəliyevin tutduğu vəzifədən azad edilməsi, eləcə də səhiyyə sektorundakı səs-küylü həbslər Kamaləddin Qafarovu ciddi şəkildə narahat edib. Onun bu narahatlığının isə özəl səbəbləri var.

Belə ki, K.Qafarov keçmiş səhiyyə naziri Oqtay Şirəliyevin kadrı sayılır və məhz bu yaxınlıq ona dərman bazarında nəhəng biznes şəbəkəsi qurmağa imkan tanımışdı.

Müxtəlif zamanlarda ölkə mediasında K.Qafarova bağlı olan şirkətlərin siyahısı dərc edilib. Odur ki, təkrarlığa yol vermədən yalnız onu qeyd etmək istərdik ki, bu şəxs ölkənin başlıca dərman monopolistlərindən biri sayılır. Sahibi olduğu şirkətlər vasitəsilə dərman təminatı sektorunda əsas söz sahiblərindən birinə çevrilmiş K.Qafarov yeni dönəmdə biznesinin çətin günlər yaşayacağını bilir.

Oqtay Şirəliyevin uzun illik nazirlik dövründə böyük tenderlərin şəriksiz qalibi olmuş K.Qafarov başa düşür ki, artıq heç nə əvvəlki kimi olmayacaq. Hətta nəinki əvvəlki kimi olmayacaq, əksinə məşhər ayağına çəkiləcəyi də istisna deyil.

Bu baxımdan təkcə bir faktı qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılan və barəsində həbs qətimkan tədbiri seçilən “Yeni Klinika”nın direktoru Pərviz Abbassovla K.Qafarovun isti münasibətləri olub. Bu münasibətlər isə heç də şəxsi münasibət zəminində yox, işbirliyi formasında olub. Odur ki, məlum həbslər K.Qafarovu ciddi şəkildə narahat edib.

Onun korrupsiyada iştirakçı olduğu şübhəsilə saxlanılan yüksək vəzifəli həkimlərlə əlaqəsinin hansı formada olması təbii ki, istintaqın gedişində aydınlaşacaq. Bizə isə prosesin sonunu gözləmək qalır./sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar