Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Rusiya şantaj, təxribat yolu ilə Azərbaycana təzyiq edir" — Partiya sədri

Tarix: 30-04-2021 21:15     Baxış: 4173 A- / A+
"Rusiya şantaj, təxribat yolu ilə Azərbaycana təzyiq edir" — Partiya sədri

“Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun yaxın günlərdə Ermənistana, daha sonra isə Azərbaycana edəcəyi səfərdə məni ən çox Azərbaycanın ortaya qoyacağı məsələlər maraqlandırır. Azərbaycan diqqəti ilk növbədə noyabrın 10-da imzalanmış üçtərəfli razılaşmanın yerinə yetirilməmiş bəndlərinə yönəltməlidir. Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasına, “DQR”in “özünümüdafiə qüvvələri”nin tərksilah edilməsinə və eyni zamanda Zəngəzur dəhlizində işlərin sürətləndirilməsinə diqqət cəlb edilməlidir”.

Manevr.az xəbər verir ki, bu sözləri Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər yenisabah.az-a açıqlamasında deyib. Siyasətçi vurğulayıb ki, ən vacib məsələlərdən biri Laçın dəhlizinin dövlətlərarası sərhəddə düşən 5 kilometrlik hissəsində Azərbaycanın suverenliyinin bərpa edilməsidir:

“Orada Azərbaycanın sərhəd buraxılış və gömrük məntəqəsinin yaradılması məsələsini qaldırmalıdır. Ola bilsin ki, Lavrov Prezidentin “İsgəndər-M”lə bağlı açıqlamaları səbəbilə Azərbaycanın mövqeyini yumuşaltmaq üçün müəyyən "ev tapşırıqları" ilə gəlir. Amma Azərbaycan sözə yox, işə, praktikaya baxmalıdır. Üçtərəfli razılaşmada yerinə yetirilməyən bəndlərin qrafik müəyyən olunmaqla yerinə yetirilməsini tələb etməlidir. Necə ki rayonların boşaldılması ilə bağlı tarixlər göstərilmişdi, bu tələblərlə bağlı da qrafik ortaya qoymalı, bunun qəbul edilməsini tələb etməliyik. Nəzərə almaq lazımdır ki, 20 iyunda Ermənistda seçkilərin keçirilməsi planlaşdırılır, yəni Ermənistan seçki kampaniyasına girir. Bu arada hər hansı ciddi irəliləyişi gözləmək də sadəlövhlük olar. Ona görə də mən Lavrovun səfərindən elə də ciddi dəyişiklik gözləmirəm. Putin Lavrovu göndərir ki, İlham Əliyevin, rəsmi Bakının mövqeyini xüsusilə də “İsgəndər-M”lə bağlı yumşaltsın”.

Partiya sədri hesab edir ki, Rusiyanın Türkiyə-Azərbaycan yaxınlaşması ilə bağlı da narahatlığı var:

“Rusiya Azərbaycana qarşı xarici siyasətində artıq bu, bir istiqamət olacaq. Lakin bunu konkret bir səfərlə bağlamaq doğru olmaz. Rusiya Azərbaycanla Türkiyə arasında münasibətlərin inkişafından narahatdır və bu istiqamətdə də rəsmi Bakıya təzyiqlər göstərməyə cəhd edəcək. Razılaşmada bəzi maddələrin yerinə yetirilməməsinə Rusiyanın biganə yanaşması, bəzən təxribatçı, şantajçı hərəkət etməsi də, əslində, Azərbaycana təzyiq kontekstində dəyərləndirilməlidir. Bu mübarizədir və mübarizə müstəvisi dəyişib. Biz artıq mübarizənin siyasi-diplomatik müstəvisindən bəhs edirik. Azərbaycan necə hərbi müstəvidə qəti qərarlı mövqe tutub Türkiyə ilə birgə hərəkət edibsə, siyasi-diplomatik müstəvidə də eyni qərarlılıqla qardaş Türkiyə ilə birgə hərəkət etməlidir. Həmçinin Azərbaycan sərt şəkildə Rusiya sülhməramlılarının davranışında yer verdiyi pozuntular və “parad”la bağlı ortaya mövqe qoymalıdır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar