Xəbər lenti
“Mayın 9-da parad olsa, Rusiya sülhməramlıları Azərbaycandan çıxmalıdır” – Partiya sədrlərindən açıqlama
"Əgər Rusiya sülhməramlıları mayın 9-da Qarabağda parad keçirsələr, onların Azərbaycanı tərk etməsi məsələsi qaldırılmalıdır”.
Manevr.az xəbər verir ki, bu sözləri sfera.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib. Partiya sədrinin sözlərinə görə, beynəlxalq hüquqda sülhməramlı qüvvələr hər hansı bir dövlətin marağına xidmət etməyən ordu hissəsi kimi nəzərdə tutulduğundan, Qarabağda yerləşən sülhməramlı qüvvələrin Rusiyanın hansısa bayramını qeyd etmələri yolverilməzdir:
"Bu beynəlxalq bayram olsa idi, problem yox idi, qeyd edə bilərdilər. İndiki halda onların ərazimizdə 9 may paradını keçirmək niyyəti isə o deməkdir ki, bu kontingent burada Moskvanın maraqlarını müdafiə edən hərbi güc statusundadır. Azərbaycan Konstitusiyasına görə isə ölkəmizin ərazisində xarici qoşunlar saxlanıla bilməz. Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür.
Rus sülhməramlıları parad keçirsələr, bu, o demək olacaq ki, onlar sülhməramlı deyil, məhz Rusiyanın hərbi qüvvələridir. Bu addıma getsələr, həmin qüvvələr dərhal Azərbaycan ərazisindən çıxmalıdırlar”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev isə hesab edir ki, Rusiya sülhməramlıları çərçivəni çoxdan aşıblar və çoxdan Azərbaycanı tərk etməli idilər:
"Bağlanmış protokolda açıq şəkildə göstərilib ki, Rusiya sülhməramlılarının əraziyə daxil olması ilə paralel olaraq erməni silahlıları ərazini tərk etməliydilər. Amma bu günə qədər ona əməl edilməyib. Digər tərəfdən, Xankəndindən, Xocalıdan qovulmuş soydaşlarımızın həmin ərazilərə qaytarılmasını da təmin etməyiblər. Sonrakı davranışları da göstərir ki, rus sülhməramlıları sülhməramlı missiyadan başqa ərazidə hər şeylə məşğuldurlar. Separatçıların rəhbərlərilə görüş keçirir, onların "strukturları” ilə əməkdaşlıq edirlər”.
Partiya rəhbəri qeyd etdi ki, heç bir dövlət başqa dövlətin ərazisində hərbi parad keçirə bilməz, bu güc nümayişidir: "Azərbaycan onlara xəbərdarlıq etməlidir. Paradı gedib, Moskvada keçirsinlər. Rus qüvvələr çoxdan ərazimizdən çıxmalı idilər. Amma parad keçirsələr, bu da onların növbəti özbaşınalığı olacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar