Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Makkartinin etirafı, Baydenin yanlış bəyanatı: "Onlar türk olduqları üçün öldürülürdülər"

Tarix: 28-04-2021 22:15     Baxış: 3200 A- / A+
Makkartinin etirafı, Baydenin yanlış bəyanatı: "Onlar türk olduqları üçün öldürülürdülər"

"ABŞ Prezidenti Co Baydenin 1915-ci il olayları ilə bağlı bəyanatı heç bir tarixi faktlara əsaslanmadığı üçün hüquqi əsası da olmayan yalnış təqdimatdır. Regionda və dünyada yenidən qarşıdurma meyllərinin, yeni münaqişə ocaqlarının yaradılmasına aparan addımdır".

Manevr.az xəbər verir ki, bunu publika.az-a tarix elmləri namizədi, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova deyib.

O bildirib ki, Baydenin bu addımı ilk deyil. Uzun illərdir bir çox ölkələrdə "erməni soyqırımı"nın tanınması ilə bağlı heç bir əsası olmadan rəsmi qərarlar qəbul edilib:

"Düşünürəm bu kimi qeyri-qanuni, təxribat xarakterli addımlarla bağlı ölçüyə almanın zamanı çatıb. Tarixçi olaraq qeyd etmək istərdim ki, qondarma "erməni soyqırımı" ilə bağlı bir sıra ölkələrdə, o cümlədən Rusiyanın Sankt-Peterburg şəhərində Rusiya Dövlət Tarix Arxivində, Rusiya Hərbi Dəniz Donanması Arxivində, Saltıkova Mərkəzi Kitabxanasının arxivində, Gürcüstan Dövlət Arxivində, İsveç, Moskva, Tartu və digər ölkələrin arxivlərində araşdırmalar aparmışam. Həmin arxivlərdə saxlanılan, saysız-hesabsız tarixi sənədlər sübut edir ki, heç bir "erməni soyqırımı" olmayıb. Bu, müəyyən terrorçu qruplaşmaların uydurduğu, "Böyük Ermənistan" yaratmaq xülyasının tərkib hissələrindən biridir".

"Birinci dünya müharibəsində Qafqaz cəbhəsində hərbi əməliyyatların başlanmasına qədər Rusiya imperiyasının bütün mərkəzi şəhərlərində yaşayan ermənilərdən rus ordusu tərkibində könüllü erməni drujinaları yaradılıb. Erməni tarixçisi Lalayan öz əsərində yazır ki, üç gün ərzində Türk ordusuna qarşı döyüşmək üçün 10.000 erməni silahlandırılmışdı. Əsas məqsəd əraziləri türksüzləşdirmək idi. Rus ordusunun tərkibindəki silahlı erməni dəstələri yerli silahlandırılmış ermənilərlə birləşərək yüz minlərlə dinc türk-müsəlman əhalini qətlyam etdilər, qaçqına çevirdilər. 1915-ci ilin yanvarında Sarıqamış, 1916-cı ildə Ərzurum, Trabzon, Ərzincan, Muş və digər ərzilər rus ordusu və erməni silahlı dəstələri tərəfindən işğal edildi. Bu ərazilərdə yaşayan türk-müsəlman əhalisi əksəriyyəti qadınlar, uşaqlar olmaqla kütləvi qətlyam edildilər. Amerika tədqiqatçısı Castin Makkarti həmin hadisələrlə bağlı yazır ki, "onlar türk olduqları üçün öldürülürdülər" . Birinci Dünya müharibəsi illərində Osmanlı dövləti ərazisində xarici havadarlarının dəstəyi ilə erməni silahlı dəstələri tərəfindən türk-müsəlman əhalisinin qətlyama məruz qalmasına dair çoxsaylı beynəlxalq tarixi sənədlər vardır. Həmin sənədlər tarixi həqiqətin güzgüsüdür və "erməni soyqırımı" anlayışının əsassız olduğunun sübutudur", - N.Məmmədova vurğulayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar