Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Elə olmasın ki, “əsirləri” sərbəst buraxmaq barədə qərar vermək məcburiyyətində qalaq”

Tarix: 28-04-2021 18:39     Baxış: 4231 A- / A+
“Elə olmasın ki, “əsirləri” sərbəst buraxmaq barədə qərar vermək məcburiyyətində qalaq”

“Haqlı olaraq 2020-ci ilin 10 noyabrından sonra ələ keçirdiyimiz erməni silahlılarını “əsir” hesab etmirik. Həmin Ermənistan vətəndaşları 10 noyabrdan sonra Azərbaycana göndərilib və hərbçilərimizə atəş açıblar. Ona görə biz onları terrorçu hesab edirik. 10 noyabra qədər bütün əsirlər təhvil verilib. Ancaq Ermənistan hakimiyyəti xaricdəki havadarları vasitəsilə aylardır, Azərbaycana qarşı “əsir” kampaniyası təşkil ediblər və açıq etiraf etmək lazımdır ki, Qərbin müxtəlif mərkəzlərində dəstək görürlər. Ermənilər “əsir” mövzusundan Azərbaycana qarşı siyasi təzyiq aləti kimi istifadə edirlər. Fransa və ABŞ-dakı ermənipərəst dairələrin “əsir” mövzusunu qanunverici orqanlara çıxarılması da istisna deyil, artıq “təşəbbüs qrupları” formalaşıb”.

Manevr.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

E.Şahinoğlu qeyd edib ki, Azərbaycan haqlıdır, ancaq Ermənistan, erməni lobbisi, Qərbdəki mərkəzlər bizi haqsız duruma sürükləmək istəyirlər: “Ona görə də bizim nəzarətimizdə olan erməni terrorçuları barədə konsepsiyamız olmalıdır. Elə olmasın ki, təzyiq artdıqca biz onları sərbəst buraxmaq barədə qərar vermək məcburiyyətində qalaq. Erməni separatçıları illərlə iki Azərbaycan vətəndaşını həbsxanada saxladı, günahları o idi ki, işğal altındakı ərazidə qohumlarının məzarlarını ziyarət etməyə getmişdilər. Biz vətəndaşlarımızı azad etmək üçün Qərbin heç bir siyasi mərkəzindən və ya beynəlxalq təşkilatdan dəstək ala bilmədik. Ancaq indi həmin mərkəzlər və beynəlxalq təşkilatlar erməni terrorçuları məsələsində bizə təzyiqi artırıblar. Ona görə həmin terrorçular üzərində məhkəmə işini sürətləndirməliyik. Ya da onların bir qisminin sərbəst buraxılmasını şərtlərimizin yerinə yetirilməsiylə əlaqələndirməliyik. Bütün hallarda bu terrorçularla bağlı nə edəcəyimizi dəqiq müəyyənləşdirməliyik. Digər tərəfdən təzyiq qarşısında hücum diplomatiyasını gücləndirməliyik. Azərbaycanın ombudsmanının da fəallığını artırmasına ehtiyac var”./pravda.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar