Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Bu, Baydenin Ərdoğandan qisas almaq niyyətidir - Naxt

Tarix: 25-04-2021 12:18     Baxış: 3307 A- / A+
Bu, Baydenin Ərdoğandan qisas almaq niyyətidir - Naxt

Qondarma “erməni soyqırımı”nın tanınması dağıdıcı fəsadlara səbəb olacaq.

Manevr.az xəbər verir ki, bunu israilli ekspert, vəkil Eli Naxt trend-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, qondarma “erməni soyqırımı”nın tanınması ədalət axtarışı demək deyil:

"Mənim fikrimcə, bu, Bayden administrasiyasının Suriya məsələsində, "Cənub axını" qaz kəməri layihəsində, S-400 zenit-raket komplekslərinin alınması məsələsində fikir ayrılıqlarına görə Prezident Ərdoğandan qisas almaq niyyətidir".

Ekspert bildirib ki, qondarma “erməni soyqırımı”nın tanınması ilk növbədə ABŞ-ın özü üçün qeyri-məhsuldar rəmzi addım olacaq:

"Bu addım dağıdıcı fəsadlara gətirib çıxaracaq və ABŞ-Türkiyə münasibətlərində destabilizasiyaya, eləcə də Azərbaycanla ABŞ arasında münasibətlərdə çətinliklərə yol açacaq. Eyni zamanda bu, Ermənistanla Azərbaycan arasında münasibətlərin yaxşılaşmasına da kömək etməyəcək".

E.Naxt əlavə edib ki, bu addımın əvəzində ABŞ heç bir siyasi dividend qazanmayacaq:

"Qərar qəbul edərkən Prezidend Bayden emosiyalarını yox, öz ölkəsinin geosiyasi maraqlarını rəhbər tutmalıdır".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar