Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycan Rusiyadan izahat tələb etməli, Laçın dəhlizində post qurulmasına çalışmalı...” - Qarabağda nə baş verir?

Tarix: 24-04-2021 17:55     Baxış: 4195 A- / A+
“Azərbaycan Rusiyadan izahat tələb etməli, Laçın dəhlizində post qurulmasına çalışmalı...”

"Rusiya Qarabağda konkret olaraq separtizmi inkişaf etdirir və Azərbaycana qarşı yeni təxribatlar planlayır. İlk növbədə 10 noyabr Bəyannaməsində Qarabağda yaşayan ermənilərə hər hansı bir statusun verilməsi göstərilməyib. Həmçinin Xankəndidə "özünü idarə etmə" mərkəzinin yaradılması qeyd edilməyib. Ona görə də Rusiyanın sülhməramli qüvvələrinin məsuliyyət zonasında bu fəaliyyəti razılaşmaların əleyhinə getməklə, birbaşa gələcək perspektivdə qondarma "DQR" təsis etməkdir".

Manevr.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

O bildirib ki, Bu, Rusiyanın Qarabağda qalıcılığına hesablanır:

"Araik Arutunyanın Moskvaya getməsi, burada qəbulu Moskvanın separtizmi dəstəklədiyini və məhz separtizmin arxasında durduğunu sübut edir. Rusiya Qarabağda Abxaziya və Cənubi Osetiya presidentlərini tətbiq edir. Artıq Qarabağda erməni silahlı birləşmələri müdafiə səddi və mühəndis istehkam işləri aparır.

Göründüyü kimi Rusiya atəşkəsdən istifadə edərək konkret olaraq burada separtçıları inkişaf etdirib, Azərbaycana qarşı təzyiqlər edəcək. Azərbaycan Rusiyadan izahat tələb etməli, Laçın dəhlizində post qurulmasına çalışmalı və Avrasiya İttifaqı adlanan Rusiyanın layihələrində iştirak etməməlidir. Bu gün prezident İlham Əliyev dediyi kimi Rusiya strateji tərəfdaş kimi özünü göstərmir. Rusiya rəhbərliyinin fəaliyyəti Qarabağ məsələsindən növbəti problem yaratmaqdır".

"Artıq Azərbaycan ictimaiyyəti və siyasi təşkilatlar Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılmasını tələb etməlidir. Rusiya terrorizmə və separtizmə dəstək verməklə Azərbaycan ərazisindən çıxmalıdır. Azərbaycan və Rusiya arasında münasibətlərin kəskinləşməsi gözlənilir", - deyə politoloq qeyd edib./yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar