Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

“TƏBİB-dəki uşağın bütün səlahiyyətləri əlindən alınmalıdır“ - Hafiz Hacıyev

Tarix: 24-04-2021 12:48     Baxış: 4164 A- / A+
“TƏBİB-dəki uşağın bütün səlahiyyətləri əlindən alınmalıdır“ - Hafiz Hacıyev

“Yeni Səhiyyə naziri kim olacaqsa, TƏBİB-in səlahiyyətləri ona qaytarılmalıdır. TƏBİB-dəki uşağın bütün səlahiyyətləri əlindən alınmalıdır”.

Manevr.az xəbər verir ki, bu sözləri yenisabah.az-a Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

O, Oqtay Şirəliyevin vəzifədən kənarlaşdırılması qərarının gözlənilən olduğunu bildirib:

“Əlbəttə, bu qərar gözlənilən idi. Cənab Prezidentin bütün qərarlarına biz hörmətlə yanaşırıq. O cümlədən də Oqtay Şirəliyevlə bağlı qərarına da. Oqtay müəllim artıq yaşlanmışdı. O bu sahədə kifayət qədər işlər gördü. Bu qərar başadüşüləndir, çünki bu yaşdan sonra işləmək bir az çətin olur. Hər halda Prezidentin qərarları xalq tərəfindən də dəstəklənir. Düşünürəm ki, Səhiyyə nazirinin getməsinə ehtiyac var idi”.

Partiya sədri qeyd edib ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) olan səlahiyyətlər alınaraq, yenidən Səhiyyə Nazirliyinin tabeliyinə verilməlidir. Onun fikrincə, TƏBİB və Səhiyyə Nazirliyi arasında gedən “nüfuz savaşı”na son verilməlidir:

“Bundan sonra TƏBİB-də olan rüşvət-korrupsiya məsələləri həll olunmalı, onun səlahiyyətləri yenidən Səhiyyə Nazirliyinə qaytarılmalıdır. Səhiyyə Nazirliyində ikihakimiyyətlilik yaranıb. Buna ehtiyac yoxdur, ona görə də yeni Səhiyyə naziri kim olacaqsa, bu səlahiyyətlər ona qaytarılmalıdır. TƏBİB-dəki uşağın əlindən bütün səlahiyyətlər alınmalıdır.

Korrupsioner məmurlarla bağlı artıq mübarizə aparılır, cənab Prezident bu işə başlayıb, ümid edirəm ki, uğurla sona çatacaq”.

Qeyd edək ki, ötən gün Səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Səhiyyə nazirinin birinci müavini Teymur Yusif oğlu Musayevə verilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar