Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya geri çəkildi: “Putinin məqsədi dəyişməyib, müvəqqəti olaraq..." - Şərh

Tarix: 24-04-2021 11:31     Baxış: 4166 A- / A+
Rusiya geri çəkildi: “Putinin məqsədi dəyişməyib, müvəqqəti olaraq..." - Şərh

“Aydındır ki, Rusiya lideri dünyanı qarşısına ala bilməzdi, buna görə də Ukrayna sərhədindən geri çəkildi. Ukrayna sərhədləri yaxınlığında, Krımda və Qara dənizdə hərbi təlimlər adı altında kifayət qədər böyük ordu toplanmışdı. Hətta Rusiyanın Xəzər donanmasının bir neçə hərbi gəmisi Volqa-Don kanalı ilə Qara dənizə aparılmışdı. Məsələ də ciddi qoyulmuşdu. Məncə, burada Türkiyənin də mövqeyi önəmli oldu. Ankara məsələ qoyur ki, Qara dəniz ancaq sülh dənizi olmalıdır. Ancaq Putin bir az da qabağa gedərək Kerç boğazını bağlamışdı. Məncə, buna diplomatiyada “toyuq oyunu” deyirlər. Bu, ABŞ-dan gələn diplomatik yanaşmadır”.

Manevr.az xəbər verir ki, bu fikirləri teleqraf.com-a politoloq Cümşüd Nuriyev Rusiyanın Ukrayna sərhədlərinə topladığı ordunu geri çəkməsinin səbəblərinə toxunarkən deyib.

Politoloq qeyd edib ki, Bayden və Putin arasında bir müddət “toyuq oyunu” müşahidə edilib: “Sonda Putin başa düşdü ki, cızığı tapdasa, Rusiya çox şey itirəcək. Ona görə geri çəkildi. Bu, məğlubiyyət deyil. Ukrayna ordusu yəqin ki, Donetsk və Luqanskı azad edəcək. Putinin bir məqsədi də baş tutmadı. O, Krımı Luqansk və Donetsklə birləşdirmək istəyirdi. Yəni Krıma quru yol açmaqla Rusiya sərhədlərinə yaxınlaşdırmaq niyyətindəydi. Donetskin cənubunu işğal edərək buna nail ola bilərdi. İndi Rusiyanın geri çəkilməsi faktiki müharibə riskini aradan qaldırdı”.

Cümşüd Nuriyev ehtimal edir ki, Rusiya ordusunun Ukrayna sərhədlərinə yaxın ərazilərdən geri çəkilməsi dünən Putin və Lukaşenko arasında keçirilən 4 saatlıq görüşün nəticəsi də ola bilər: “Çünki Putin gözləmədiyi halda Lukaşenko onun bütün oyunlarına razılıq verməyib. Yəni Rusiya və Belarusun vahid dövlət ittifaqı alınmayıb. Mümkündür ki, Lukaşenko Putini Qərbə yaxınlaşmaqla şantaj edib və Putin də geri çəkilmək məcburiyyətində qalıb. Məncə, Lukaşenko bilir ki, Ukrayna məsələsindən sonra hədəf Belarusdur. Hər halda bunların mənim ehtimallarımdır”.

Mütəxəssis ehtimal edir ki, Putin liderliyində Rusiya hazırda Ukrayna məsələsində geri çəkilib: “Adətən təhlükəsizlik, KQB işçiləri onlara sərf edən zamanı gözləmək qabiliyyətinə malikdirlər. Ola bilsin ki, Putin zamanlamanı dəyişir. Adətən, ağıllı siyasətçilər fikirlərini müvəqqəti dəyişirlər, amma məqsədlərini dəyişmirlər. Mən inanmıram ki, Putinin məqsədi dəyişib. Sadəcə olaraq siyasi fikri müvəqqəti dəyişib. Bu, Kreml üçün məğlubiyyətdir. Faktiki ordunu geri çəkməli oldular”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar