Xəbər lenti
Zəngəzurla bağlı Azərbaycanın ciddi iddiaları var – Şərh
Ermənistandakı revanşist qüvvələrin açıqlamalarını, müsahibələrini dinlədikcə heyrətlənməyə bilmirsən. Bizim ərazilərimiz işğal altındadır. Zəngəzur, Göyçə, Ağbaba mahalı, İrəvan şəhəri və sair. Bunlar bizim torpaqlarımızda dövlət yaradıblar, hansı işğal olunmuş ərazilərdən danışa bilərlər?
Manevr.az xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
O qedy edib ki, erməni həyasızlığı sərhəd tanımır:
“Onlara öz hədlərini göstərmədikcə, özlərindən hədyanlar uydururlar. Onlar özləri də yaxşı bilirlər ki, onların işğal edilmiş əraziləri yoxdur. Azərbaycan xalqı onların bir qarış da torpağını işğal etməyib. Amma onların indi yaşadıqları torpaqların hamısı əzəli Azərbaycan torpaqlarıdır. Biz o əraziləri qaytarmaqla bağlı hansısa hərbi əməliyyata hazırlaşmırıq. Ancaq Zəngəzurla bağlı Azərbaycanın ciddi iddiaları var. Çünki oradan kommunikasiya vasitələri keçəcək və buna Ermənistanın özü də üçtərəfli bəyanatla razılıq verib”.
Politoloq bildirib ki, bu revanşizmin geniş intişar tapmasında Qarabağ klanının da böyük rolu var:
“Həmçinin, bu bölgədə yerləşən və Ermənistan üzərində böyük təsirə malik ölkənin də burada təsiri var. Onlar bu qisasçı qüvvələri qızışdırıb aranı qarışdırmağa çalışırlar”.
Qabil Hüseynli əlavə edib ki, ermənilər özlərinə gəldikcə, deyəsən xəyallarına və fantaziyalarına güc verirlər:
“Belə hesab edirlər ki, onlar torpaq itiriblər. Bir zamanlar işğal etdikləri və Azərbaycan Ordusunun azad etdiyi əraziləri itirilmiş torpaq hesab edilər. Görün, bir toplum nə qədər həyası olmalıdır ki, belə bir iddia qaldırsın. Onlar ciddi surətdə yanılırlar. Bölgədə yeni müharibə alovlandırsalar, bu dəfə tarixi Azərbaycan torpaqları, yəni bu gün Ermənistanın nəzarəti altında olan əraziləri Azərbaycan geri qaytarmağa gücü çatar və bu məcburiyyət qarşısında qalacaqdır”.
Qeyd edək ki, son vaxtlar Ermənistanda revanşist iddialar güclənib. Həmçinin, Ermənsitan-Azərbaycan sərhədində təxribat törədilib. Görünür, onlar bu addımların Ermənistanın özü üçün təhlükəli olmasını, bu meyllərin artmasının onun vəziyyətini daha da ağırlaşdıracağı və son nəticədə erməni xalqının fəalkətinə səbəb olacağını dərindən dərk etmirlər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar