Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Ermənistan Azərbaycan ərazisində şirkət açır”

Tarix: 23-04-2021 21:14     Baxış: 4138 A- / A+
“Ermənistan Azərbaycan ərazisində şirkət açır”

"Ermənistan Azərbaycan ərazisində şirkət açır”.

Manevr.az xəbər verir ki, bunu Cənubi Qafqaz Araşdırma Mərkəzinin sədri, politoloq Məhəmməd Əsədullazadə bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, bu Azərbaycanın ərazi bütövlüyünün tanınmamasıdır.
“Ermənistan Azərbaycan ərazisində şirkət açır”

“Ermənistanın Baş naziri Nikol Paşinyan və rəsmiləri qeyd edir ki, Zəngəzur dəhlizi 10 noyabr bəyannaməsində qeyd edilməyib. Bu fikri daxili auditoriyanı manipulyasiya etmək üçün qeyd edir. Ötən gün Zəngəzura səfərində bu fikri növbəti dəfə ifadə etdi. Buna baxmayaraq Zəngəzur dəhlizi açılacaq. Paşinyan 10 noyabr bəyannaməsini önə çəkirsə, həmin Baynanamədə Qarabağın statusu haqqında heç bir bənd yoxdur və silahlı erməni birləşmələrinin çıxarılması öhdəliyi var. Göründüyü kimi Ermənistan özünə sərf edən məqamı qeyd etməyə çalışır. Amma, konkret bəndlərdən yan keçir. 10 noyabr bəyannaməsində Qarabağın statusu qeyd edilmir. Buna baxmayaraq orada "status" saxlayırlar və Ermənistan Azərbaycan ərazisində şirkət açır. Rəsmi Bakı bu məsələyə sərt reaksiya verməli və Yerevanın bu kimi təcavüz aktlarını qarşısını almalıdır. Azərbaycan ərazisində Ermənistanın şirkət açması Azərbaycanın ərazi bütövlüyünü tanınmaması və növbəti böhrana aparmaqdır”.

Qeyd edək ki, bir neçə gün öncə yayılan məlumata görə, Ermənistanın “Shtigen” günəş enerjisi şirkəti Xankəndidə filialını açıb. Şirkətin sahibi, Ayk Şekyan açıqlaması zamanı bildirib ki, filialın açılmasında əsas məqsəd özəl və dövlət sektorunun geniş iştirakı ilə bu bölgənin enerji təhlükəsizliyini və müstəqilliyini təmin etmək üçün geniş proqramların həyata keçirilməsidir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar