Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Hikmət Hacıyev: Ümid etmək istərdik ki, ABŞ tarixi səhvə yol verməyəcək

Tarix: 23-04-2021 14:29     Baxış: 5194 A- / A+
Hikmət Hacıyev: Ümid etmək istərdik ki, ABŞ tarixi səhvə yol verməyəcək


Manevr.az bildirir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AZƏRTAC-ın sualını cavablandırıb.

-ABŞ tərəfindən qondarma erməni soyqırımının tanıdılması ilə əlaqədar addımların atılacağı barədə bir sıra beynəlxalq media orqanlarında məlumatlar gedir. Bu barədə nə deyərdiniz?

-Qondarma və saxta erməni soyqırımı ilə bağlı Azərbaycanın qəti və birmənalı mövqeyi hər kəsə bəllidir. Əgər ABŞ-ın yeni administrasiyası tərəfindən belə bir addım atılacaqsa, bu, tarixi səhv olacaqdır. Azərbaycan həmişə qondarma erməni soyqırımının tanıdılması cəhdlərinin əleyhinə olub. Qondarma erməni soyqırımının tanınması tarixi saxtalaşdırmaqdır. Tarix tarixçilər tərəfindən araşdırılmalıdır. Bu halın baş verəcəyi təqdirdə, Azərbaycan qəti şəkildə onu qınayacaqdır.

Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, Türkiyəyə qarşı olan addım Azərbaycana qarşıdır və Azərbaycana qarşı olan hər hansı addım da Türkiyəyə qarşıdır.

Ümid etmək istərdik ki, ABŞ administrasiyası tarixi səhvə yol verməyəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar