Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycanlılar mütləq Xankəndinə qayıdacaq!“ - Deputat

Tarix: 19-04-2021 18:31     Baxış: 4145 A- / A+
“Azərbaycanlılar mütləq Xankəndinə qayıdacaq!“ - Deputat

Vətən müharibəsi başa çatdıqdan sonra rus sülhməramlıları dayanmadan erməniləri Xankəndinə köçürür. Maraqlı məqam odur ki, köçürülən şəxslərin əksəriyyəti Xankəndində yaşamayıb. Onlar vaxtilə Qarabağın müxtəlif yerlərində yaşamış ermənilərdir. Bu proses isə Azərbaycanda haqlı narahatlığa və narazılığa səbəb olur.

Maraqlıdır, Rusiya sülhməramlıları azərbaycanlıların da Qarabağa qayıtmasına niyə səy göstərmir? Qarabağın digər bölgələrində yaşamış ermənilərin Xankəndiyə doldurulması azərbaycanlıların oraya qayıtmasını birdəfəlik gündəmdən çıxara bilərmi?

Manevr.az xəbər verir ki, məsələni Yenisabah.az-a şərh edən Milli Məclis deputatı Ceyhun Məmmədov qeyd edib ki, əhalinin Qarabağa, xüsusilə də Xankəndinə köçürülməsi noyabr razılaşmasında geniş müzakirə olunub:

“Azərbaycanın mövqeyi ondan ibarət idi ki, münaqişədən əvvəlki dövrdə Xankəndində və digər ərazilərdə yaşayan insanlar oraya köçürülməlidir. Bu planın üzərində ümumi işlər gedir. Ümumiyyətlə, proses 10 noyabr razılaşmasına əsasən, tənzimlənir və ölkə rəhbərlərinin görüşlərində, telefon danışıqlarında müzakirə olunur. Azərbaycanın birmənalı mövqeyi ondan ibarətdir ki, Azərbaycan əhalisi mütləq öz doğma yurdlarına qayıtmalıdır. Azərbaycan bu israrlı mövqeyində məsələyə nail olanadək qalacaq”.

Deputat ölkə rəhbərliyinin sülhməramlıların fəaliyyəti ilə bağlı davamlı olaraq Rusiya prezidenti ilə müzakirələr apardığını da diqqətə çatdırıb:

“Biz sülhməramlılarla bağlı zaman-zaman müxtəlif prosesləri müşahidə edirik. Ölkə rəhbərliyi bu məsələləri davamlı olaraq Rusiya prezidenti ilə müzakirə edir. Hesab edirəm ki, biz prosesdə gecikmirik, Azərbaycan öz məqsədinə tam nail olacaq, Rusiya sülhməramlıları razılaşmanın bəndlərini yerinə yetirməlidir”.

Xankəndinə digər ərazilərdən ermənilərin köçürülməsi məsələsinə gəldikdə isə həmsöhbətimiz vurğulayıb ki, Xankəndinə ancaq müharibəyə qədərki və müharibə dövründə Xankəndində yaşamış şəxslər köçürülə bilər:

“Qeyri-Xankəndi sakinlərinin Xankəndinə köçürülməsini biz düzgün hesab edə bilmərik. Əgər oraya məqsədli şəkildə başqa ərazilərdə yaşayan ermənilərin yerləşdirilməsindən söhbət gedirsə, bu həm razılaşmanın prinsiplərinə, həm də üç ölkə rəhbərliyi arasında aparılan danışıqlara ziddir. Biz onu nəzərə almalıyıq ki, erməni mediası, Ermənistandakı ayrı-ayrı qurumlar Azərbaycanla Rusiya münasibətlərinə xələl gətirmək, Azərbaycandakı ictimai rəydə gərginlik yaratmaq üçün bu kimi məlumatları məqsədli şəkildə yayırlar, biz onları dəqiqləşdirməliyik. Bəzən burada rəqəmlər məqsədli şəkildə şişirdilir. Əslində, sözügedən bölgədə ermənilərin vəziyyəti o qədər də yaxşı deyil. Çünki onların elektrik, qaz, qida ilə təmin olunmasıyla bağlı zaman-zaman problemlər yaşanır. Bu gün ermənilərin heç də hamısı o bölgələrə qayıtmağa hazır deyil, onlarda müəyyən qorxu var”.

Millət vəkili hazırkı dövrdə atılmalı olan addımlardan da söz açıb:

“Biz işğaldan azad etdiyimiz ərazilərdə daha da möhkəmlənməliyik. Köçürmə prosesini həyata keçirməliyik, hansı ki Azərbaycan bunu edir. Növbəti mərhələdə də biz öz mövqeyimizdə israrlı qalacağıq və mən əminəm ki, azərbaycanlılar öz doğma yurdlarına qayıdacaqlar. Hər kəs əmin olsun ki, cənab Prezident bu məsələni tam diqqətində saxlayır, bizim aidiyyəti qurumlar məsələni davamlı olaraq araşdırır. Oraya qeyri-əhalinin gətirilməsi faktı varsa, bu prinsiplərə tam ziddir”.

Manevr.az
“Azərbaycanlılar mütləq Xankəndinə qayıdacaq!“ - Deputat

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar