Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Zəngəzur dəhlizində təxribat olarsa, müharibə başlayacaq? - VİDEO

Tarix: 17-04-2021 14:48     Baxış: 4254 A- / A+
Zəngəzur dəhlizində təxribat olarsa, müharibə başlayacaq? - VİDEO

“Ermənistanın təxribatçı addımları bölgədə müharibə riskini artırır”.

Bunu ARB24-ün “Gündəm” verilişinə açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

“Ermənistan Baş naziri Nikol Paşinyan seçkilərdə qalib gələrsə, verdiyi vədlərə əməl etməsə, Rusiya ilə birlikdə həm Türkiyə, həm də biz onlara təzyiq edəcəyik və bölgədə müharibə riski artacaq. Çünki bizim başqa tələblərimiz də var. Qarabağda hələ də əlisilahlı separatçılar var.

Onlar tərk-silah olmalıdırlar. Həmçinin Laçın koridoru da bizim nəzarətimizdə olmalıdır. Kimlərsə oradan rahat keçməməlidir. Amma ermənilər təxribatlarını yenə də davam etdirirlər. Onlar anlamalıdırlar ki, bu addımlar bölgədə müharibə riskini artırır. Müharibə olmasa da, biz antiterror əməliyyatları ilə bu problemləri həll edə bilərik.

Hesab edirəm ki, Ermənistan addım atmasa da, bölgədə antiterror əməliyyatları olacaq. Çünki dövlət başçısı qeyd etdi ki, biz Xankəndiyə, Xocalıya qayıtmalıyıq. Yaxşı olar ki, bunlar danışıqlar yolu ilə həll olunsun”, - o bildirib.

Politoloq qeyd edib ki, ermənilər Zəngəzur üzərindən açılması planlaşdırılan dəmiryolu ilə bağlı hansısa təhlükə yaradarsa, bu, müharibə elanı olar: “Əgər Zəngəzur üzərindən dəmiryolu açılsa, Ermənistan artıq geri addım ata bilməyəcək. Dəmiryolu açıldıqdan sonra bizə qarşı təxribat olarsa, bu, daha böyük fəlakətlərə səbəb ola bilər. Çünki dəmiryolu anında qapanacaq və müharibə başlayacaq. Dəmiryolu fəaliyyət göstərdikdən sonra qatarlara hansısa təhlükə yaransa, bu Türkiyə və Azərbaycana qarşı müharibə elanı demək olacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar